Icma.az
close
up
RU
Putinin Ukraynada qələbəsinin qarşısını almağın yeganə yolu nədir? Boris Conson açıqladı

Putinin Ukraynada qələbəsinin qarşısını almağın yeganə yolu nədir? Boris Conson açıqladı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"İndi Qərbin qətiyyətli gücü ilə Putini şoka salmalı olduğu məqamdır və məhz Tramp bunu etməyə qadirdir..."

Ukrayna Qərbdən real təhlükəsizlik zəmanətləri almalıdır, əks halda müharibə Putinin "qələbəsi" ilə başa çatacaq.

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın keçmiş baş naziri Boris Conson "Daily Mail" üçün yazdığı məqalədə qeyd edir.

Conson vurğulayır ki, indi Qərbin "qətiyyətinin gücü ilə Putini şoka salmalı" olduğu məqamdır. Və məhz ABŞ-ın yeni prezidenti Donald Tramp bunu etməyə qadirdir. "Onun məhz bu kritik anda Putinə qarşı dayanmaq üçün lazım olan cəsarəti var", - Britaniyanın keçmiş baş naziri hesab edir.

O, bildirir ki, heç bir ərazi güzəşti müharibəni dayandıra bilməz, "təkcə ona görə yox ki, Ukrayna torpağını işğalçıya vermək prinsip etibarilə yanlış olardı, həm də ona görə ki, bu müharibə əsasən ərazi uğrunda deyil". Onun sözlərinə görə, məsələ torpaq deyil, Ukraynanın gələcəyidir- o, Qərbin bir hissəsi olacaq, yoxsa yenidən Kremlin nəzarətinə keçəcək:

"Əgər biz Ukraynanın Qərbin bir hissəsi kimi taleyini həll etməsək və onu Qərbin təhlükəsizlik zəmanətləri ilə qorumasaq, Putin üçün qələbə təmin olunacaq. O, indiyədək əldə etdiklərini saxlayacaq və nə qədər ki, Kiyev hökuməti çökməyib, daxili münaqişə alovlanmayıb və bütün ölkə yenidən onun orbitinə qayıtmayıb, indiyədək əldə etdiklərini saxlayacaq və mövqeyindən istifadə edərək istənilən vasitələrlə Ukraynanı zəiflətməyə və ona hücum etməyə davam edəcək", - Conson yazır.

Onun sözlərinə görə, Putin ukraynalılara "Qərb sizi atdı" mesajını ötürməyə çalışacaq. Çin də bunu istəyir. Buna imkan vermək olmaz. İlk növbədə silah tədarükünü ləngidən bürokratik maneələrin aradan qaldırılmalı olduğunu bildirir. "Əgər lazımdırsa, İlon Maskın mühasibat "nindzyaları" bu məsələni həll etməlidir", - Conson yazır.

Bundan başqa, o, ABŞ-ın dəstəyi müqabilində kompensasiya almalı olduğunu qəbul edir. Bu, nadir metallar üzrə razılaşma və ya dondurulmuş 300 milyard dollarlıq Rusiya aktivlərinin Ukraynanın bərpasına yönləndirilməsi ola bilər.

Həmçinin, Avropa atəşkəsdən sonra Ukraynanın müdafiəsinə hazır olmalı və Ukraynanın artıq geri dönməz şəkildə Avropa İttifaqı və NATO üzvlüyünə doğru irəlilədiyini anlamalıdır, - o, qeyd edir. "Bu müharibə yalnız o zaman bitəcək ki, Putin Ukraynanın heç vaxt onun nəzarətinə qayıtmayacağını anlayacaq", - Conson vurğulayır.

Ukrayna üçün təhlükəsizlik zəmanətləri

Bundan öncə ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə 500 milyon dollarlıq faydalı qazıntılar və qaz hasilatı sazişi bağlamaq və bunun əvəzində Ukraynaya təhlükəsizlik zəmanətləri vermək istədiyini bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski isə ölkəsinin NATO-ya üzv olmasının, müharibədən sonrakı təhlükəsizlik zəmanətləri arasında ən ucuz variant olduğunu qeyd edib. O vurğulayıb ki, Ukrayna, sadəcə, hansısa imzalanmış "kağız parçası" formasında zəmanətlərlə razılaşmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri