Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Putinin valideynləri “Atamı heç vaxt sərxoş görmədim, anam isə bircə dəfə də söyüş söymədi” FOTOLAR

Putinin valideynləri “Atamı heç vaxt sərxoş görmədim, anam isə bircə dəfə də söyüş söymədi” FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər beynəlxalq siyasət səhnəsində bir sıra liderlər gündəmin müzakirə olunan əsas simalarına çevrilib, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu siyahının başında yer almağa davam edir. O, hazırda dünya ictimaiyyətinin ən çox müzakirə etdiyi dövlət başçısıdır. Bu da səbəbsiz deyil – Putin Ukraynaya müharibə elan etməklə diqqətləri üzərinə cəmləyib.
Rusiya prezidentinin fəaliyyəti, qərarları və çıxışları tez-tez qlobal mediada manşet olur, siyasi analitiklər və ekspertlər onun hər addımını diqqətlə izləyirlər.
Vladimir Putin 2000-ci ildən bu yana Rusiya siyasətində əsas fiqur olaraq qalır. Onun rəhbərliyi dövründə Rusiya daxili sabitlik, iqtisadi artım və beynəlxalq aləmdə yenidən güclü aktor kimi tanınmaq istiqamətində addımlar atıb. Putin eyni zamanda, insan haqları, mətbuat azadlığı və müxalifətə qarşı sərt münasibət kimi məsələlərdə tənqidlərə məruz qalıb.


2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təkcə regionu deyil, həm də qlobal enerji və təhlükəsizlik balansını dəyişib. Qərb dövlətləri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib və Putin şəxs olaraq da bir çox beynəlxalq tədbirlərdən kənarlaşdırılıb.
Bu gün Putinin əleyhdarları onu zorakı və repressiv lider hesab edirlər. Bu da səbəbsiz deyil: Ukraynada hər gün onlarla dinc insan – uşaq, qadın, qoca həlak olur, yaralanır. Bu baxımdan Putini “uşaq qatili”, “əli qana bulaşan prezident”, “qəddar və mərhəmətsiz lider” adlandıranlar da çoxdur.
Buna baxmayaraq, Rusiya lideri bir çox ölkədə hələ də həm dəstək, həm də maraq obyektidir. Onun siyasi strategiyası, Qərbə qarşı mövqeyi və Avrasiya regionundakı güc oyunu müzakirələrin əsas mövzularındandır.
Uzun illərdir hakimiyyətdə olan Vladimir Putin haqqında çox yazılıb və danışılıb. Onun valideynləri barədə ictimaiyyətin məlumatı nisbətən azdır.
Modern.az saytı "Prezidentlərin valideynləri" rubrikasında bu dəfə Vladimir Putinin ata-anasından bəhs edir.


Rusiya liderinin atası Vladimir Spiridonoviç Putin 1911-ci ildə Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərində fəhlə ailəsində dünyaya gəlib. O, İkinci Dünya Müharibəsi zamanı Sovet Ordusunda xidmət edib, NKVD-nin xüsusi təyinatlı bölməsində döyüşüb.
Vladimir Spiridonoviç 1941-ci ildə almanların Leninqrada hücumu zamanı ağır yaralanıb. İddialara görə, döyüşdə mina partlayışı nəticəsində xəsarət alıb və sonradan uzun müddət xəstəxanada müalicə olunub. Müharibə illərində Vladimir Spiridonoviç hərbi zavodda işləyirdi. Ona ümumi səfərbərlikdən azad edən sənəd verilmişdi, lakin könüllü olaraq cəbhəyə gedib.
Vladimir Spiridonoviç müharibədən sonra veteran fəhlə kimi müxtəlif zavod və müəssisələrdə gözətçi, sonra isə usta işləyib. O, sakit, zəhmətkeş və dözümlü bir insan kimi tanınıb.
Vladimir Putinin anası Mariya İvanovna Şelomova 1911-ci ildə Tver vilayətində anadan olub. O da yoxsul kəndli ailəsində böyüyüb. Vladimir Spiridonoviçlə Mariya İvanovna Tverdə tanış olublar və 17 yaşlarında evləniblər.
Putinin anası zəif təhsilli qadın olub. Güman olunur ki, o, yalnız ibtidai məktəbdə oxuyub. Qadın bütün həyatı boyu çox çalışmalı olub. İstənilən işi öz üzərinə götürüb: istər mağazada təmizlikçi olsun, istərsə də gözətçi.

Mariya İvanovna İkinci Dünya Müharibəsi zamanı - Leninqrad mühasirəsi dövründə ailəsi ilə birlikdə olduqca ağır şəraitdə yaşayıb, aclıq və soyuqla mübarizə aparıb.

Putinin özü də xatirələrində qeyd edir ki, anası mühasirə zamanı aclıqdan ölmək həddində olub.
Prezident deyir ki, anası Mariya İvanovna sadə və təvazökar bir həyat sürüb. Müharibədən sonra müxtəlif zavodlarda işləyib, daha çox ev işləri ilə məşğul olub və ailəsinə bağlı bir qadın kimi tanınıb.

Putinlər ailəsi İkinci Dünya Müharibəsindən əvvəl və sonra iki oğlunu itirib. Ailənin ilk oğlu – Vladimirin böyük qardaşı körpə ikən vəfat edib, ikinci oğil isə Leninqradın mühasirəsi zamanı aclıqdan və xəstəlikdən ölüb. Uşağın adl Viktor olub idi. Leninqrad blokadası zamanı hökumət nümayəndələri 3 yaşlı oğlanı digər uşaqlar kimi aclıqdan xilas etmək və daha sonra mühasirəyə düşən şəhərdən çıxarmaq üçün internata aparıblar. Orada olarkən Viktor difteriya xəstəliyinə tutulub və aclıqdan dünyasını dəyişib. Valideynlərə övladlarının harada dəfn olunduğu belə bildirilməyib.


Vladimir Putin qardaşının məzarını yalnız 2014-cü ildə, atası və anası həyatda olmayanda ziyarət edə bilib. Təşəbbüs qrupu arxivlərdə məlumat tapıb və prezidentə məlumat verilib ki, Viktor Sankt-Peterburqdakı Piskarevskoye qəbiristanlığında ümumi məzarda dəfn olunub.
Vladimir Putin – gələcək prezident müharibə başa çatandan sonra - 1952-ci ildə doğulub və valideynlərinin sağ qalan tək övladı olub.
Bu faciələr Putinin valideynlərinə dərin psixoloji təsir göstərib. Buna görə də onlar Vladimirə xüsusi qayğı ilə yanaşıblar, onu həm fiziki, həm də mənəvi cəhətdən güclü böyütməyə çalışıblar.
Anası Vladimirin yeniyetməliyində oğlunun cüdo ilə məşğul olmasını istəmirmiş. "Hər dəfə məşqə gedəndə deyirdi: yenə dalaşacaqsan?!", - Vladimir xatirələrində qeyd edib. Bu vəziyyəti Putinin məşqçisi düzəldib, o, Vladimirin evinə gəlib valideynlərinə oğlanlarının nə işlə məşğul olduğunu, hansı uğurlara imza atdığını danışıb, bundan sonra ailədə idmana münasibət dəyişib.

Müharibədən sonra Putinin ailəsi Sankt-Peterburqda adi birotaqlı kommunal mənzildə məskunlaşıb. Vladimir Putin xatırlayır: "Liftsiz beşinci mərtəbə, sadə, yoxsul bir mənzil... Valideynlərim müharibədən əvvəl əldə etdikləri bu həyat səviyyəsi ilə çox fəxr edirdilər. Onlara elə gəlirdi ki, bu, demək olar ki, arzularının həddidir".
Vladimir Putinin valideynləri həyatlarının çox hissəsini Tver vilayətində yerləşən kənddə keçiriblər. Bunu dövlət başçısı jurnalist Pavel Zarubinə müsahibəsində də deyib.
Tver vilayətindəki kənd Putin ailəsinin ikinci vətəni olub.
Putin valideynlərini dərin hörmətlə xatırlayır, onların sadə və zəhmətkeş həyat tərzi, dözümlülüyü və təvazökarlığı ilə öyünür.
Rusiya lideri bir neçə çıxışında atasının müharibədə göstərdiyi qəhrəmanlığı, anasının səssiz fədakarlığını vurğulayıb və onların həyat təcrübəsindən dərs aldığını bildirib.
"Mən sadə bir ailədə doğulmuşam və bu həyatı uzun müddət yaşamışam... Ailəmiz çox təvazökar idi. Bazar və bayram günlərində anam kələm, ət, düyü pirojkiləri bişirirdi. Onlar çox dadlı olurdu", - Putin valideynləri barədə xatirələrində bildirib.
Vladimir Putin valideynlərindən heç vaxt göstəriş almadığını, atasının şəxsi nümunəsi ilə tərbiyə olunduğunu xüsusi olaraq qeyd edib.

"Əvvəla, bunu vurğulamaq istəyirəm ki, atamı heç vaxt sərxoş görməmişəm. Ümumiyyətlə, onun belə vəziyyəti olmayıb. O, vicdanlı adam idi, ən adi qayda-qanuna belə dəqiqliklə əməl edirdi. Anama gəldikdə, onun bircə dəfə də söyüş söydüyünü eşitməmişəm”.
Vladimir Putinin bildirdiyinə görə, anası çox ürəyiyumşaq qadın olub. “Müharibə dövründə yaşadığı əzab-əziyyətə, aclığa, səfalətə, bir çox itkilərə baxmayaraq, o, alman əsgərlərinə acıyır, nifrət etmirdi”, - deyən prezident bunu başa düşə bilmədiyini qeyd edir.

"O, düşmənə nifrət etmirdi, təəccüblü olan da budur. Mən hələ də, düzünü desəm, bunu tam başa düşə bilmirəm", - prezident anası ilə bağlı xatirəsində etiraf edib.

“Anam çox mülayim, mehriban insan idi... Deyirdi ki, alman əsgərlərinə nifrət etmir, onları  müharibəyə göndərilən günahsız insanlar adlandırıdı. Bu heyrətamizdir. Bizi sovet kitabları, filmləri ilə tərbiyə etmişdilər... Və düşmənə nifrət edirdik. Ancaq anam nədənsə belə deyildi. Və onun düşmən əsgəri haqda sözlərini çox yaxşı xatırlayıram: "Onlar da bizim kimi zəhmətkeşdirlər. Döyüşmək üçün cəbhəyə sürülüblər", - deyə Putin anasından sitat gətirib.
Prezidentin sözlərinə görə, atası müharibədə yaralanıb xəstəxanaya yerləşəndə ona ayrılan  yemək payından gizlicə olaraq anasına da verirmiş ki, qadın acından ölməsin.
“Lakin mühasirəyə alınan Leninqradda xəstələnən və dünyasını dəyişən oğullarını xilas edə bilmədilər. Və mənim heç vaxt görmədiyim qardaşım tələf oldu”, - Putin həmin çətin günləri təsvir edib.
Vladimir Putin müharibədən 7 il sonra anadan olub. O zaman onun valideynlərinin yaşı artıq 40-ı keçmişdi.
Oğlu dünyaya gəldikdən sonra Mariya İvanovna çoxdan gözlədiyi uşağına mümkün qədər çox vaxt ayırmaq üçün gecə növbələrində işləyirmiş. 70-ci illərin əvvəllərində Mariya İvanovnanın bəxti gətirdi – o, lotereyada "Zaporojets-966" maşını uddu. Və ana maşını tələbə oğluna hədiyyə etdi. O vaxt Leninqrad Dövlət Universitetinin üçüncü kurs tələbəsi olan Vladimir Putin üçün bu avtomobil bir növ sosial liftə çevrildi. Vladimir avtomobil həvəskarı olan varlı ailələrin oğlanları ilə dost idi. Sonradan bu əlaqələr gələcək prezidentin karyerasına müsbət təsir göstərdi.
Uzun illər sonra, Vladimir Vladimiroviç artıq “KQB”də işləyəndə valideynlərinə Leninqradın yaşayış massivində yeni tikilidə mənzil verildi.

Vladimir Spiridonoviç və Mariya İvanovnaya yeganə övladları Vladimirin Rusiya prezidenti olduğu anı görmək qismət olmadı.

Prezidentin anası Mariya İvanovna 1998-ci ildə dünyasını dəyişdi. Bir il sonra - 1999-cu ildə atası Vladimir Spiridonoviç də vəfat etdi. Vladimir Putin isə atasının ölümündən cəmi bir neçə aydan sonra – 2000-ci ildə Rusiya Federasiyasının prezidenti seçildi.
Putinin valideynlərinin məzarı Sankt-Peterburqdakı Serafim qəbiristanlığındadır.
Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see431

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see302

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see197

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see174

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see156

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see154

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see150

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see138

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see133

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see133

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see132

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see125

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see125

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri