Icma.az
close
up
RU
Putinlə Paşinyanın KRİTİK 1 aprel GÖRÜŞÜ Masada nələr var?

Putinlə Paşinyanın KRİTİK 1 aprel GÖRÜŞÜ Masada nələr var?

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Kreml mətbuat xidmətinin məlumatına görə, danışıqlar zamanı Putin və Paşinyan genişspektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.
Bəzi siyasi şərhçilər bildirirlər ki, Paşinyanın tez-tez Rusiyaya səfərlərinin və Putinlə görüşlərinin məqsədi parlament seçkiləri ərəfəsində Moskvanın mümkün təsirlərini neytrallaşdırmaqdır. Onların fikrincə, Kremlin radikal müxalifətə maliyyə dəstəyi verərək Paşinyanın seçkidə qələbəsinə mane olma ehtimalı var. Bundan əlavə, Paşinyan əmindir ki, Kreml seçkiöncəsi Ermənistan hökumətinə qarşı kiberhücumlar təşkil edə bilər.

Bəs Paşinyan Putinin tələblərini yerinə yetirəcəkmi? Görüşdən hansı gözləntilər var?

Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, Paşinyan Rusiya ilə əlaqələri hiss ediləcək dərəcədə aşağı səviyyəyə salıb. “O, artıq Rusiya təsir dairəsindən çıxaraq Qərbə doğru inkişaf istiqaməti götürüb. Paşinyan yaxşı başa düşür ki, Rusiya seçkilərdə onun əleyhinə çox ciddi fəaliyyət göstərəcək. Hətta o, and içsə belə, verdiyi vədlərin hamısını yerinə yetirməyəcək. Çünki Rusiya Cənubi Qafqazı itirmək üzrədir. Bu baxımdan Gürcüstanla müəyyən danışıqlar aparır, Azərbaycanla müəyyən təmaslar qurur, lakin onun üçün ən çətin məsələ Ermənistandır – yəni bu ölkəni öz təsiri altında saxlamaqdır. Lakin görünən odur ki, Ermənistan Rusiyaya tam şəkildə ram edilməyəcək və Kremlin bütün istəklərini həyata keçirməyəcək. Ölkə tədricən Rusiyadan uzaqlaşaraq Qərbə doğru inkişaf xətti götürüb”,_ deyə Q.Hüseynli bildirib
Onun sözlərinə görə, hazırda bütün bu məsələlər müzakirə predmetidir: “Siyasətdə Putin qədər verdiyi sözlərə əməl etməyən, vədlərinə sadiq qalmayan ikinci bir siyasətçi tanımaq çətindir. Yəqin ki, Paşinyan da bunu yaxşı bilir. Buna görə də o, hər ehtimala qarşı həm Putini müəyyən qədər yumşaltmağa çalışacaq, həm də Kremlin Ermənistanla bağlı əsas niyyətlərini öyrənmək istəyəcək”.

Politoloq qeyd edib ki, seçkiqabağı dövrdə Ermənistan üçün ən təhlükəli ölkə məhz Rusiyadır və Paşinyan bu təhlükəni neytrallaşdırmaq üçün lazım olan addımları atmağa çalışacaq. "O ki qaldı Paşinyanın seçkilərdə qalib gəlib-gəlməyəcəyinə, hesab edirəm ki, əgər o, müharibədə məğlub olmasına baxmayaraq, əvvəlki seçkilərdə qələbə qazana bilibsə, bu seçkidə də qalib gəlmək ehtimalı böyükdür. Üstəlik, seçkiqabağı dövrdə Ermənistanda bir sıra sosial addımlar atılıb. Məsələn, maaş iki dəfəyə yaxın artırılıb, hətta müharibədə məğlub olmuş ordunun əsgərlərinə kifayət qədər yüksək təqaüdlər verilir. Əvvəlki seçkilərdən sonra maaş və pensiyalar artırılmamışdısa, bu dəfə seçki ərəfəsində pensiyalar da hiss olunacaq dərəcədə yüksəldilib. Yəni Ermənistan cəmiyyətində əhalinin maddi rifahı müəyyən qədər yaxşılaşıb, əvvəlki kimi kəskin yoxsulluq hiss olunmur, sosial vəziyyət nisbətən sabitləşir və inkişaf meyilləri müşahidə olunur”, - deyə politoloq vurğulayıb.

Q.Hüseynli qeyd edib ki, əgər revanşist qüvvələr, məsələn, Robert Köçəryan və ya Serj Sərkisyan kimi siyasətçilər Moskvanın dəstəyi ilə hakimiyyətə qayıdarsa, bu, Ermənistan üçün yeni müharibə riski demək olar: “Erməni cəmiyyəti də yaxşı anlayır ki, yeni müharibə güclü Azərbaycan qarşısında Ermənistan üçün ağır nəticələrə, hətta fəlakətə gətirib çıxara bilər. Məhz buna görə də cəmiyyətin əhəmiyyətli hissəsinin bölgədə sülh müqaviləsinin imzalanmasını dəstəkləyərək Paşinyana səs verəcəyi və onun yenidən baş nazir seçilməsinə çalışacağı ehtimal olunur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Mart 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri