Icma.az
close
up
RU
Putinlə Tokayevin dil atışmasının pərdəarxası Qazax liderini hərəkətinə Moskva hansı cavabı verəcək?

Putinlə Tokayevin dil atışmasının pərdəarxası Qazax liderini hərəkətinə Moskva hansı cavabı verəcək?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son günlər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinə verdiyi mesaj ictimaiyyətdə maraqla qarşılanıb. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan əhalisinin əksərinin rus dilində danışdığını desə də prezident Kasım-Comart Tokayev qazax dilində çıxış etdi. Bunu Putinə cavab kimi dəyərləndirirlər.

Putinin rus dilinə necə düşkün olduğunu hər kəs bilir. Ukraynaya qəzəbinin bir səbəbi də orda rus dilinin qadağan edilməsi, rusdilli məktəblərin bağlanması, ruslara qarşı mənfi münasibətin yaranması idi.

Bəs, Tokayevin bu jestinə Rusiya prezidentinin cavabı nə ola bilər?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Rusiyada rus dili, mədəniyyəti keçmiş SSRİ dövlətlərində nə dərəcədə yüksək qorunub-qorunmadığı və s. məsələlər xüsusi diqqətdə saxlanılır:

“Rus dilinə qarşı nifrətin yaranması düzgün deyil. Son 70 ildə 15 respublikanın hər biri həm rus, həm də öz dillərində danışıb. Həmin dillərdə məktəblər də olub. Bu gün ölkəmizdə də rus və Azərbaycan dillərində məktəblər var. İnsanlar da öz seçimlərini edirlər. İran erməni dili istisna olmaqla digər dillərə qarşıdır. Sovet İttifaqına daxil olan dövlətlərdə isə iki dildə dərslər aparılırdı. Necə ki bu gün ortaq dil ingilis dilidir, həmin vaxt da rus dili belə idi.

Putinin Qazaxıstanda rus dilli insanların çox olduğunu deməsi tamamilə doğrudur. Bütün ölkələrdən çox Qazaxıstanda rus dili istifadə olunurdu. Buna qarşılıq olaraq əslində Tokayevin Qazax dilində danışması düzgün siyasətdir”.

Ramiyə Məmmədova

Politoloqun sözlərinə görə, türk dövlətləri birlik halında öz əlifbalarını yaratdıqları kimi dilini də müəyyən etməlidirlər:

“Burada həm türk dilinin birliyi, həm də hər ölkənin müstəqilliyini göstərməsi məsələsi var. Rusiya böyük bir dövlət kimi istəyir ki, bu gün həmin ölkələr onun əlinin altında olsun. Müstəqil dövlətin lideri kimi Tokayev öz dilində danışaraq ölkəsini təmsil edir. Rusiyada şovinist fikirlər hər zaman olur.

Qazaxıstanın sırf bu səbəbdən Ukraynanın aqibətini yaşayacağını düşünmürəm. Bu iki ölkə arasında böyük fərq var. Ukrayna konkret olaraq Rusiyaya qarşı çıxmaq, NATO-nu ölkəyə gətirmək və s. ilə rəsmi Moskvanın hədəfinə çevrildi.

Azərbaycan yaxud da digər türk dövlətləri bu gün nə NATO-ya yaxınlaşmaq, Aİ-yə üzv olmaqla Rusiyanı hədələmir. Asiya ölkələri arasında Rusiyaya ən yaxın dövlət Qazaxıstan hesab olunur”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri