Icma.az
close
up
RU
Qabil Hüseynli: Ruslar Paşinyan kilsə qarşıdurmasının iştirakçısına çevriliblər

Qabil Hüseynli: Ruslar Paşinyan kilsə qarşıdurmasının iştirakçısına çevriliblər

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Erməni Apostol Kilsəsinin Nikol Paşinyan hökumətini sıradan çıxarmaq və xalq arasında biabır etmək imkanı yoxdur. Artıq kilsənin hökumətə təsir etmək gücü əvvəlki qədər deyil. Odur ki, indi kilsənin siyasi proseslərə müdaxiləsi, keşişlərin Paşinyan hökumətinə qarşı mitinqlər təşkil etməsi reallığı dəyişə bilməz. O ayrı məsələdir ki, baş nazir Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən kilsə ona qarşı çıxıb, onun hakimiyyətinin əleyhinə kampaniya aparıb. Bu baxımdan günün birində kilsə ilə hökumət arasında mübarizənin açıq müstəviyə keçəcəyi gözlənilirdi. İndi biz açıq mübarizəni müşahidə edirik”.
Bunu “Reytinq” qəzetinə müsahibəsində sabiq dövlət müşaviri, professor Qabil Hüseynli deyib.
Professor qeyd edib ki, Erməni Apostol Kilsəsinin nizamnaməsinə əsasən bütün ermənilərin katalikosu evlənməməli, məbəddə qalmalı və bu şəkildə müqəddəsliyini qoruyub saxlamalıdır. Amma Ermənistan hökumətinin açıqladığı məlumatlarda iddia olunur ki, katalikos Qaragen bu andları pozub və onun övladı var:
“Sözsüz ki, belə hallar erməni xalqı tərəfindən də qəbul edilmir. Hazırda kilsənin bir neçə nümayəndəsi həbs edilib, istintaq aparılır. Digər tərəfdən, ruslar da bu prosesdə hansısa formada iştirak edir, kilsəyə dəstək verirlər. Lakin reallıq var-Nikol Paşinyan əvvəlkilərdən təmiz işləyir, özündən əvvəlki erməni hakimiyyətinin rəhbərləri kimi çirkin işlərə bulaşmayıb, korrupsiya və cinayətlərdə iştirakı yoxdur. Paşinyana qədər olan erməni rəhbərləri o qədər ədalətsiz, qanunsuz işlər görüblər ki, onlarla müqayisədə indiki erməni hökuməti çox təmizdir. Bu kimi nüanslar erməni xalqının diqqətindən yayınmır. Elə bu səbəblərdən də insanlar Paşinyanı müdafiə edir, seçkilərdə ona səs verirlər. Çünki Paşinyanın alternativləri zamanında erməni xalqını soyub-talayıblar. İndi də kilsə bu şəxsləri yenidən hakimiyyətə qaytarmaq istəyir. Üstəlik, kilsə özünü çox yüksəkdən aparır, hökuməti saymır və s. Bunlar müsbət qarşılana bilməz”.
Q. Hüseynli əlavə edib ki, kilsə ilə müqayisədə N. Paşinyan mövqelərini kifayət qədər gücləndirib, onun komandası gənclərdən ibarətdir və normal işləyir: “Mən düşünmürəm ki, erməni kilsəsi və ənənəvi müxalifət Paşinyan hökumətinə real təhlükə yarada bilər. Zamanla kilsə daha da zəifləyəcək və siyasi intriqalarda iştirakdan çəkinəcək. Eyni zamanda böyük ehtimalla erməni katalikosu hökumətə münasibətdə loyal bir din xadimi ilə əvəz ediləcək”.
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 İyul 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri