Icma.az
close
up
RU
Qabil Məmmədovla bağlı daha bir xəbər

Qabil Məmmədovla bağlı daha bir xəbər

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, martın 15-də İctimai Teleradioda Baş Prokurorluğun uzun müddətdir xaricdə yaşayan Qabil Məmmədovla bağlı çağırışı oxunub.

Bəs, bu məlumat nə üçün İctimai Teleradio ilə elan olunub? Medianews.az bildirir ki, bu, qanunverciliyin tələbidir.

Belə ki, Baş Prokurorluq Cinayət Məcəlləsinin bir sıra maddələri ilə Q.Məmmədov barəsində cinayət işinə başlayıb, ona ittihamlar irəli sürüb.

Cinayət-Prosessual Məcəlləsinə görə isə təqsirləndirilən şəxs Azərbaycan ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənəndə, çağırışa gəlməkdən qəsdən boyun qaçıranda, yəni cinayət prosesində onun iştirakını təmin etmək mümkün olmayanda cinayət təqibi qiyabi icraat qaydasında aparılır.

Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə isə cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək məqsədilə onun tutulması, axtarışı, eləcə də beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür.

Bu tədbirlər də nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqan təqsirsizlik prezumpsiyasına riayət etməklə, Cinayət-Prosessual Məcəlləsinin “Çağırış vərəqəsi” maddəsində (54-2.1-ci maddə) nəzərdə tutulmuş məlumatları (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc etdirir.

Məhz bu səbəblərdən Baş Prokurorluq Q.Məmmədovu istintaqa İctimai Teleradio ilə çağırıb. Təsadüfi deyil ki, çağırışda təqsirsizlik prezumpsiyasına riayət edilməklə, Cinayət-Prosessual Məcəlləsinin “Çağırış vərəqəsi” maddəsində nəzərdə tutulmuş məlumatlar (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) açıqlanıb.

Çağırışa əsasən, Q.Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə aprelin 17-si saat 10-da Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməlidir.

Q.Məmmədov 2015-2017-ci illərdə ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək, pensiya, sosial müavinətlərlə təmin etmək vədləri altında aldadaraq onlardan 30 min manata yaxın pul almaqda və sosial media hesablarından terrorçuluğa açıq çağırışlar etməkdə ittiham olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Mart 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see177

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see158

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see144

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see137

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see132

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see129

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see126

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see121

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see121

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see120

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see119

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see118

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see117

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see116

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see114

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113

XİN rəsmisi: Su üzrə Bakı Dialoqu qısa müddət ərzində qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilir

21 İyun 2025 21:33see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri