Icma.az
close
up
RU
Mudrikə dopinqlə bağlı ittiham elan olundu

Mudrikə dopinqlə bağlı ittiham elan olundu

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Futbol Assosiasiyası (İFA) “Çelsi”nin ukraynalı vingeri Mixail Mudrikə antidopinq qaydalarını pozmasıyla bağlı rəsmi ittiham irəli sürüb.

“The Telegraph” bildirir ki, 24 yaşlı futbolçunu 4 illik diskvalifikasiya gözləyir. Bu nəşr İFA təmsilçisinin şərhinə də yer verib:

“Mixail Mudrikə antidopinq qaydalarını pozması və yasaq maddədən yararlanması ilə bağlı ittiham irəli sürüldüyünü təsdiq edirik. İş hələ açıq olduğunu görə təfərrüatı açıqlaya bilmərik”.


“Çelsi” və futbolçunun ətrafı hələ ki başverənləri şərh etmir. Əslində futbolçu üçün qlobal mənada heç nə dəyişməyib: ona münasibətdə artıq çoxdan dopinq işi ilə bağlı araşdırma gedir. Xatırladaq ki, ötən ilin dekabrında Mudrikin testinin müsbət nəticələndiyi məlum olub, onun orqanizmində meldoniy tapılıb. Ukraynalı sosial şəbəkə hesabında bu maddəni bilərəkdən qəbul etmədiyini yazıb:

“Bu xəbər mənim üçün tam şok oldu. Ona görə ki, heç vaxt bilərəkdən yasaq maddə qəbul etməmişəm, heç bir qaydanı pozmamışam, bunun necə baş verdiyini aydınlaşdırmaq üçün komandamla sıx əməkdaşlıq edirəm. Heç bir pis iş görmədiyimi bilirəm, tezliklə yaşıl meydana dönəcəyimə inanıram”.


Mixail noyabrdan bəri “Çelsi”nin formasını geyməyib, müvəqqəti uzaqlaşdırmanın qaydasına görə buna hüququ yoxdu. Bundan başqa, klub bazasında və komanda yoldaşları ilə birgə də məşq edə bilməz.
O da məlumdu ki, Mudrik “Morgan Sports Law”dan olan hüquqşünaslara əməkdaşlıq edir. Bu şirkət “Yuventus”un sabiq yarımmüdafiəçisi Pol Poqba ilə də çalışıb, dopinq ittihamı ilə üzləşən fransalı ulduzun cəza müddətinin 4 ildən 18 aya endirilməsinə nail olub.
Hələ ki araşdırma gedir və müvəqqəti uzaqlaşdırma qərarı qüvvədədi. Amma Mixail “Çelsi”də mövqeyini sürətlə əldən verməkdədi. Demək olar ki, klubda onu unudublar. Məsələn, Mudrik Konfrans Liqasının finalında – “Betis”lə oyunda (4:1) komanda yoldaşlarını dəstəkləmək üçün Polşaya uçsa da, “zadəganlar”ın baş məşqçisi Entso Mareskanı bundan xəbəri olmayıb. İtaliyalı mütəxəssis mətbuat konfransında belə deyib:

“Düzünü desəm, mən hətta onun burda olub-olmadığını da bilmirəm. O burdadı? Bilmirdim. Lap yaxşı, bura uçduğuna görə sevindim”.


Klub iyunun əvvəlində Mudriklə bağlı mövqeyini açıq-aşkar ortaya qoydu – ukraynalıdan alınan “10 nömrə” Koul Palmerə verildi. Özü də londonlular bununla bağlı açıqlamada səbəbi izah etməyi və ya Mudriki xatırlamağı lazım bilmədi:

“Təsdiq edirik: Palmer 2025/26 mövsümündə 10 nömrəli futbol forması ilə çıxış edəcək”.


Bir sözlə, “Çelsi”nin 2023-cü ildə 70 milyon avro ödəməklə aldığı ukraynalının bu klub, ümumiyyətlə, karyerası ilə bağlı perspektivi heç də yaxşı görünmür.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri