Icma.az
close
up
RU
“Qaçaq Paşinyan” dağdan qayıtmaya bilər Sensasion təhlil

“Qaçaq Paşinyan” dağdan qayıtmaya bilər Sensasion təhlil

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Sünik bölgəsində yerləşən Xustup dağına qalxması ilk baxışdan adi turist yürüşü və ya şəxsi istirahət kimi görünə bilərdi. Lakin Cənubi Qafqazda geosiyasi proseslərin sürətlə dəyişdiyi, regionun gələcəyini müəyyənləşdirəcək qərarların gündəmdə olduğu bir vaxtda belə simvolik addımlar fərqli mənalar qazanır. Xustup dağı erməni milli düşüncəsində sadəcə təbiət abidəsi deyil, müqavimət və milli kimliyin rəmzlərindən biri hesab olunur. Məhz buna görə də Paşinyanın bu səfəri siyasi müstəvidə müxtəlif yozumlara səbəb olub”.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə armtribunal.com-un geniş təhlildə deyilir.
“Son həftələr Ermənistanın ətrafında baş verən hadisələr göstərir ki, İrəvan getdikcə daha mürəkkəb geosiyasi vəziyyətlə üz-üzə qalır. Bir tərəfdən Rusiya ilə münasibətlər sürətlə pisləşir, digər tərəfdən ABŞ və Qərb regionda təsir imkanlarını genişləndirməyə çalışır. Paralel olaraq Azərbaycan Zəngəzur istiqamətində nəqliyyat-kommunikasiya layihələrinin açılmasını daha fəal şəkildə gündəmdə saxlayır, İran isə bölgədə xarici hərbi-siyasi təsirin artmasına qarşı sərt mövqeyini davam etdirir.

Moskvanın son aylarda Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər iqtisadi addımdan daha çox siyasi mesaj kimi qiymətləndirilir. Rusiya üçün Cənubi Qafqaz təkcə ticarət bazarı deyil, həm də milli təhlükəsizlik məsələsidir. Buna görə də Kreml ilə İrəvan arasında yaranan fikir ayrılıqları artıq strateji xarakter almağa başlayıb. Ermənistan hakimiyyətinin Rusiya bazarına alternativlərin axtarılması barədə çağırışları isə ölkənin uzunmüddətli xarici siyasət kursunda dəyişikliklərin anonsu kimi dəyərləndirilir” deyə, təhlildə bildirilir.

Qeyd olunur ki, dağlara qaçan Paşinyan erməni istehsalçılarına məhz bir il ərzində yeni bazarlar tapmalıdır: “Bu konkret vaxt çərçivəsi istər-istəməz suallar yaradır. Hakimiyyət yaxın gələcəkdə Rusiya ilə münasibətlərdə daha ciddi dönüş gözləyirmi? Yoxsa Ermənistan artıq yeni geosiyasi reallığa uyğun hazırlıq mərhələsinə keçib? Rəsmi cavab olmasa da, bu suallar Ermənistan cəmiyyətində və ekspert dairələrində müzakirə olunur.

Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər də regiondakı proseslərə yeni dinamika gətirdi. Azərbaycan rəhbərliyi bu layihəni regional əməkdaşlıq və iqtisadi inteqrasiyanın mühüm elementi kimi təqdim edir. Eyni zamanda ABŞ administrasiyasının təşviq etdiyi nəqliyyat layihələri və yeni kommunikasiya marşrutları Vaşinqtonun Cənubi Qafqazda daha fəal rol oynamaq niyyətindən xəbər verir. Bu mənzərədə İranın mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Tehran dəfələrlə Ermənistan ərazisindən keçəcək hər hansı ekstraterritorial dəhlizə qarşı olduğunu bəyan edib. İran hesab edir ki, Sünik bölgəsində statusun dəyişməsi regionun təhlükəsizlik balansına ciddi təsir göstərə və NATO-nun təsir imkanlarını genişləndirə bilər. Bununla belə, Yaxın Şərqdə artan gərginlik İranın diqqətini və resurslarını öz təhlükəsizliyinə yönəltməsinə səbəb olur. Bu isə Tehranın Cənubi Qafqazdakı proseslərə əvvəlki qədər təsir göstərə bilməyəcəyi barədə ehtimalları artırır”.

Təhlildə o da bildirilir ki, Ermənistan daxilində Qərbyönlü dairələrin son dövrlərdə Rusiyanın zəiflədiyi barədə apardığı informasiya kampaniyası məqsədinə çatmayıb: “Bu yanaşma yeni deyil. 2022-ci ildən sonra da oxşar tezislər səsləndirilmiş, nəticədə Qarabağ məsələsində vasitəçilik formatının dəyişdirilməsi istiqamətində addımlar atılmışdı. Sonrakı hadisələr isə göstərdi ki, Qərbin verdiyi siyasi təminatlar Ermənistanın gözləntilərini doğrultmadı. Buna görə də bu gün eyni ritorikanın yenidən gündəmə gətirilməsi ölkə daxilində ciddi müzakirələr doğurur”.

Nəhayət, Paşinyanı dağlara salan səbəblərdən biri də Sünik ətrafında baş verən proseslər fonunda Ermənistanın təhlükəsizlik sisteminin ciddi sınaqla üzləşməsidir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərin gərginləşməsi, Rusiyaya qarşı sərt ritorika və eyni zamanda təhlükəsizlik baxımından alternativ mexanizmlərin tam formalaşmaması İrəvanın manevr imkanlarını məhdudlaşdırır. Mümkün böhran vəziyyətində Ermənistanın hansı təhlükəsizlik modelinə arxalanacağı hələ də açıq sual olaraq qalır. Bütün bu proseslərin mərkəzində isə məhz Sünik dayanır. Region həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişdiyi strateji ərazi hesab olunur. Burada baş verəcək istənilən dəyişiklik təkcə Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasına təsir göstərə bilər. Belə bir məqamda Paşinyanın Xustup dağına qalxması istər siyasi mesaj, istərsə də daxili auditoriyaya ünvanlanan simvolik jest kimi qiymətləndirilir. Ola bilsin ki, bu, sadəcə şəxsi səfər idi. Ancaq regionun bugünkü reallığında simvollar da siyasətin ayrılmaz hissəsinə çevrilir.

Bir-birindən ayrı görünən hadisələri vahid mənzərə kimi nəzərdən keçirdikdə maraqlı tablo yaranır: Rusiya regionda əvvəlki təsir imkanlarını qorumağa çalışır, ABŞ mövqelərini gücləndirir, İran təhlükəsizlik narahatlıqlarını dilə gətirir, Azərbaycan kommunikasiya layihələrinin reallaşmasını sürətləndirməyə çalışır, Ermənistan isə geosiyasi seçim qarşısında qalır. Bu şəraitdə Sünik təkcə Ermənistanın cənub bölgəsi deyil, həm də böyük güclərin

Paşinyanın dağa qalxması bəlkə də bir günün xəbəridir. Lakin həmin dağın ətrafında formalaşan geosiyasi proseslər uzun illər Cənubi Qafqazın taleyini müəyyən edə biləcək qədər ciddi görünür”.

Təhlildən o nəticə də hasil olur ki, Paşinyan dağdan özünü aşağı atsa, onun üçün daha rahat seçim olar...

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri