Qaçaqmalçılıqla ölkəyə 41 qızıl külçə gətirməyə görə tutulan Gömrük Komitəsinin inspektoru və digər şəxsə hökm oxunub
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən hökm oxunub.
Hökmə əsasən, hər iki təqsirləndirilən - Əfsər Mirzəliyev və Səfər Səfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.
Əfsər Mirzəliyev Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 23 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















