Qaçırmaq istədikləri avtomobili yandıran şəxslər saxlanıldı VİDEO
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus “VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.
Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:75
Bu xəbər 01 Avqust 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















