Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Qaçqınkom köçlə bağlı narazılıqlara cavab verdi Adlar çəkdi

Qaçqınkom köçlə bağlı narazılıqlara cavab verdi Adlar çəkdi

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Qayıdışın təşkili zamanı şəxsi maraq və tələbləri mövcud qanunvericilik çərçivəsində yerinə yetirilməsi mümkün olmayan bəzi şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar edir, cəmiyyətdə Böyük Qayıdış prosesinin gedişinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və onun əməkdaşlarının nüfuzuna xələl gətirən yanlış fikirlər formalaşdırmağa cəhd göstərirlər.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif iddialarla çıxış edən Nuranə Abdullayeva vəfat etmiş atasına vaxtilə Ağdam şəhərində məxsus olmuş yaşayış evinin əvəzinə həmin şəhərdə yeni tikilən binalarda mənzil verilməsini, eyni zamanda müxtəlif sosial media paylaşımlarında Ağdamda yaşayış sahəsi ayrılmadığı təqdirdə Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin olunmasını tələb edib.

Məlumata görə, müraciətlə bağlı aparılmış araşdırma zamanı onun məcburi köçkün statusuna malik olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyən edilib, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın mövcud olmadığı dəfələrlə izah edilib. Buna baxmayaraq, bu hüquqi əsaslar sonradan yayılan video müraciətlərdə və sosial media paylaşımlarında əks etdirilməyib, məsələ əsasən emosional müstəvidə təqdim olunub.

“Monitorinq materialları göstərir ki, müxtəlif video materiallar "Kanal 15 TV" loqosu ilə şəxsi sosial media hesablarında paylaşılmış, Dövlət Komitəsinin rəsmi mövqeyi öyrənilmədən və ya təqdim edilmədən ictimailəşdirilmişdir. Nəticədə ictimaiyyətə hadisələrin yalnız bir tərəfin mövqeyi təqdim olunmuş, müraciət üzrə aparılmış araşdırmalar, verilmiş rəsmi izahatlar və qanunvericiliklə müəyyən edilmiş hüquqi meyarlar barədə məlumatlar əks etdirilməmişdir” - deyə, bildirilir.

Məlumatda o da qeyd edilib ki, Böyük Qayıdış prosesinə kölgə salmağa yönəlmiş ardıcıl və məqsədyönlü fəaliyyət aparan şəxslərdən biri də İntiqam Türbəndəyevdir: “Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda olan keçmiş məcburi köçkün Türbəndəyev İntiqam Elman oğlu sosial şəbəkə hesablarından birində Xanyurdu kəndində köçürülməsi ilə bağlı Komitəyə müraciət etdiyi barədə paylaşım etmişdir. Bildiririk ki, İntiqam Türbəndəyev paylaşım etməzdən əvvəl Komitənin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdiri tərəfindən qəbul edilmiş və onun Xanyurdu kəndinə ailə tərkibinə uyğun 3 otaqdan ibarət fərdi evə köçürüləcəyi bildirilmişdir. Lakin müraciət müəllifi qeyd olunanlarla razılaşmamış, yaşayış sahələri ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri və müəyyən edilmiş meyarlar nəzərə alınmadan Xanyurdu kəndində özünün seçdiyi 5 otaqdan ibarət evin ona verilməsini israrla tələb etmişdir.

Özlərinin əsassız tələbləri ilə bağlı Komitə rəhbərliyi tərəfindən qəbul olunmalarına, müraciət etdikləri məsələlərə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağının bildirilməsinə baxmayaraq, sonradan onlar tərəfindən sosial şəbəkələrdə edilən paylaşımlarda səsləndirilən böhtan xarakterli qərəzli fikirlər ictimaiyyət arasında çaşqınlıq yaratmaqla təkcə dövlət qurumunun fəaliyyətinə deyil, həm də Böyük Qayıdış proqramına da kölgə salmağa yönəlmişdir”.

Dövlət Komitəsi bir daha bəyan edib ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada həll edilə bilməz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Avqust 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri