Icma.az
close
up
RU
Gözəlləşən Kəlbəcər ŞƏRH

Gözəlləşən Kəlbəcər ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Min illərlə ölçülən Azərbaycan tarixində xalqımızın milli iradəsini, mübarizə əzmini, Vətən sevgisini nümayiş etdirən qürurverici böyük hadisələr kifayət qədər yaşanıb. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi də istisnasız olaraq tariximizin ən parlaq şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında qazandığı Qələbə xalqımızın uzun illər gələcəyə bəslədiyi ümidlərin gerçəkləşməsi, milli qürurumuzun yüksəlişi, ölkəmizin inkişafında və xalqımızın həyatında yeni mərhələnin başlanğıcı oldu.
Bu tarixi Zəfər Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Çünki cəmi 44 gün ərzində torpaqlarımız düşməndən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, milli həmrəyliyin, dövlətə və orduya inamın, gənclərimizin vətənpərvərliyinin necə böyük gücə çevrilə biləcəyi bütün dünyaya göstərildi.
Məlum olduğu kimi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı.
Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu Kəlbəcər işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir. Bununla belə, Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir.
Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. İşğaldan əvvəl 3054 kv.km. ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.
Kəlbəcər işğaldan azad ediləndən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda dəfələrlə səfərdə oldular.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış binaları, məktəb, xəstəxananın inşasına başlanılıb.Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.
Cənab İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artıq 4-cü dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.
Bu gün azad edilmiş torpaqlarımızda dövlət bayrağımız dalğalanır. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə və Laçında həyat yenidən canlanır. Qarabağ və Şərqi Zəngəzurun işğalı artıq tarixdə qalıb. Azərbaycan xalqı bu tarixi ibrət dərsi kimi heç zaman yaddan çıxarmayacaq. Vətən müharibəsində şəhid olan igidlərimizin əziz xatirəsini, qazilərimizin qəhrəmanlığını isə gələcək nəsillər şərəf və cəsarət nümunəsi kimi xatırlayacaqlar.
Əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə digər rayonlar kimi Kəlbəcərdə yaxında öz gözəlliyi ilə göz oxşayacaq və bütün dünyaya səs salacaqdır.
Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri