Qadın futbolçu üsyün etdi: “Eyni işi görürük, amma qazanc fərqi uçurumdur” FOTO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qadın və kişi futbolu arasındakı maaş fərqi ilə bağlı açıqlama verən İsveçrə millisinin və “Leister Sity”nin futbolçusu Alişa Lehmann bu mövzuda şəxsi təcrübəsindən danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu özünü ulduz hesab etmədiyini, adi bir insan kimi yaşadığını bildirib.
Onun sözlərinə görə, məşqdən sonra evə qayıdır, yemək bişirir və hər kəs kimi gündəlik həyat sürür. Lehmann qeyd edib ki, məşqlərdən sonra bu mövzuda tez-tez sevgilisi Duqlasla söhbət edir və mövcud vəziyyəti ədalətsiz hesab edir.
Futbolçu vurğulayıb ki, eyni işi görsələr də, qazanc baxımından aradakı fərq çox böyükdür:
“Kişi futbolçular bəzən qadın futbolçulardan on minlərlə dəfə artıq maaş alır və bu, sistemli problemdir”.
Lehmannın bu etirafı sosial şəbəkələrdə geniş rezonans doğurub və qadın futbolunda bərabər əməkhaqqı mövzusunu yenidən gündəmə gətirib.
Qeyd edək ki, Lehmannın açıqlamasında adını çəkdiyi Douqlas Luiz Braziliya millisinin yarımmüdafiəçisidir və hazırda İngiltərənin “Nottinqem Forest” komandasında oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















