Icma.az
close
up
RU
Qadın hələ doğulmamış uşağını satışa çıxardı

Qadın hələ doğulmamış uşağını satışa çıxardı

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hamilə qazaxıstanlı qadın uşağını 800 000 tenqəyə (2916 manat) satmaqla qazanc əldə etmək qərarına gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Türküstan şəhərinin 24 yaşlı sakini maddi çətinliklər yaşayırmış. O, hələ hamiləlik dövründə gələcək uşağını satmaq qərarına gəlib. Bunun üçün o, sosial şəbəkə hesabında elan yerləşdirib. Orada alıcı taparaq körpəni 800 000 tenqəyə satmaq barədə razılığa gəlib.

Bu il martın 28-də qadın Pavlodar Vilayət Perinatal Mərkəzində sağlam qız uşağı dünyaya gətirib.

Məlumat əsasında prokurorlar hərəkətə keçib. Əməliyyat tədbiri çərçivəsində hərəkət edən alıcıya seriya nömrələri əvvəlcədən qeydə alınmış pul vəsaitləri verilib. Martın 31-də Pavlodar şəhərinin mənzillərindən birində qadın yenidoğulmuş uşağı tibbi sənədlərlə birlikdə alıcıya təhvil verərkən hüquq mühafizə orqanının əməkdaşları tərəfindən tutulub.

Qadın Cinayət Məcəlləsinin 135-ci maddəsinin 1-ci hissəsi ("Yetkinlik yaşına çatmayanlarla ticarət") ilə təqsirli bilinib və ona orta təhlükəsizlik səviyyəli cinayət-icra sistemi müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhretmə cəzası təyin edilib.

Qazaxıstan Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən, təyin edilmiş cəzanın icrası 5 il müddətinə təxirə salınıb (cəzaçəkmənin təxirə salınması hamilə qadınlara, azyaşlı uşaqları olan və ya faktiki olaraq tərbiyə edən qadınlara verilir).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Avqust 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri