Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Qadın sürücülərin səhvləri daha çox təcrübəsizlikdən qaynaqlanır Ekspert

Qadın sürücülərin səhvləri daha çox təcrübəsizlikdən qaynaqlanır Ekspert

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Son illərdə yol hərəkətində qadın və kişi sürücülərinin fərqləri cəmiyyətdə geniş müzakirə olunan mövzulardan biridir. Bu fərqlər həm statistika, həm də sürücülük davranışları baxımından maraq doğurur. Məsələn, qadın sürücülər daha diqqətli və ehtiyatlı olma meyli göstərirlər, lakin bəzi hallarda stressli vəziyyətlərdə qərar vermə sürətləri kişilərə nisbətən yavaş ola bilər. Kişi sürücülər isə daha riskli manevrlərə cəhd edə bilirlər və sürət üstünlüyünü daha çox seçirlər.

Bəs statistik və davranış fərqləri gündəlik yol təhlükəsizliyinə necə təsir göstərir?

“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bu barədə bildirib ki, qanunvericilikdə qadın və kişi sürücülər arasında fərq yoxdur, amma sürmə təlimlərini keçmədən yola çıxan sürücülər problemlər yaradır:

“Qanunvericilikdə qadın və kişi sürücülər arasında hər hansı bir fərq qoyulmayıb. Yalnız incə bir məqam var: xanım sürücülər hamilə olduqda təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Başqa hər hansı bir üstünlük yoxdur. Xanımlar da kişi sürücülər kimi qanunu, öz məsuliyyətlərini bilməli və buna əməl etməlidirlər.

Sadəcə sürücülük prosesində müəyyən neqativ hallar görünür. Əsasən aşağı sürətlə sol zolaqlarda hərəkət problemlər yaradır. Bununla yanaşı, bəzi hallarda parklanma məsələsində çətinlik çəkirlər. Müəyyən plastik tumbalar qoyulur parklanma yerlərinə və görünür ki, çox vaxt xanım sürücülər onları əzir. Bu cür hallara xanım sürücülər yol verirlər və bu da təbii ki, sürücülük təcrübəsinin az olması ilə bağlıdır. Ən diqqətçəkən məqam sürücülük təcrübəsinin az keçmələridir. Yəni maşın həvəskarı olmaq yaxşıdır, amma məsələ burasındadır ki, sürmə təlimlərini keçmədən, tam sürücülük vərdişlərinə yiyələnmədən həvəskarcasına yola çıxırlar ki, bu da bir çox hallarda problemlər yaradır. Təəssüflə qeyd edirəm ki, bu məsələ son günlər yol polisi tərəfindən də açıqlanıb”.

E.Muradlı qadın sürücülərə yaxınlarına arxalanmadan təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edib. O hətta sükan arxasında üzünə maktaj çəkən qadın sürücülərlə də rastlaşdığını vurgulayıb:

“Bu illik statistikaya baxırıq, qadın sürücülərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində ürək ağrıdan rəqəmlər var: 107 yol-nəqliyyat hadisəsi qadınların iştirakı ilə baş verib və bu da ağır nəticələrə gətirib çıxarıb. 159 nəfər yaralanıb, 16 nəfər ölüb. Yəni Azərbaycan mentalitetindən yanaşsaq, qadın üçün həbsxana, qadın üçün məhkəmə, qadın üçün cinayət məsuliyyəti çox ağır bir şeydir. Heç bir qadına bunu arzulamazdım. Ona görə hər biri məsuliyyətlə dərk etməlidir. “Əşi, mənim ərim vəzifədədir, qoruyacaq”, “ay, mənim ərimin imkanı çoxdur”, “sevgilim hara desəm gələcək, canla-başla qulluğumda duracaq” – belə düşünmək olmaz. Çünki qanunun qarşısında heç kim tab gətirə bilməz. Ən yaxşı çıxış yolu ancaq qanunlara əməl etməkdir, qaydalara əməl etməkdir. Yol hərəkəti qaydalarını mükəmməl şəkildə öyrənib sonra sükan arxasına keçmək lazımdır.

Sükan arxasında bir də görürsünüz maşın gedə-gedə xanım kosmetikadan istifadə edir, bəzənir. Halbuki güzgü təhlükəsizlik məqsədilə quraşdırılmış bir vasitədir, amma bəzən görürsünüz ki, onlar güzgüdən ancaq bəzənmək üçün istifadə edirlər. Maşın gedə-gedə adam bəzənərmi? Mən bu yaxınlarda birini gördüm, hardasa Koroğlu Rəhimov küçəsində – dəhşətə gəldim ki, maşın gedə-gedə bu adam heç maşını düzgün sürə bilmir, hətta rolu buraxıb, kosmetika ilə məşğuldur, güzgüyə baxa-baxa.

Bax bu cür məsələlərdə diqqətli olmaq lazımdır. Və o maşını alan xanımlara maşın hədiyyə edən sevgilisi, əri də başa düşməlidir ki, o qadınları təhlükəyə atmaq olmaz. Heç olmasa normal şəkildə öyrətsinlər. Lap atasıdır, qardaşıdır, əridir, sevgilisidir – fərqi yoxdur, onu Allah ümidinə buraxmaq olmaz, bu, böyük təhlükə yaradır. Yazıqdılar o insanlar, zərif insanlardır. Ona görə də qadınlara müraciətimiz odur ki, qaydalara əməl etsinlər, mükəmməl şəkildə yol hərəkəti qaydalarını öyrənib sonra yola çıxsınlar. Bəylərimiz də diqqətli olsunlar, onları peşəkar səviyyəyə, yaxşı sürücü səviyyəsinə gətirməmiş yola çıxmalarına imkan verməsinlər”.

Sürücülər, həm qadın, həm kişi, təhlükəsizlik qaydalarına ciddi əməl etməli və diqqəti yayındıran davranışlardan çəkinməlidirlər.(patrul.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri