Icma.az
close
up
RU
Qadın yazarlardan açıq ETİRAF: Doğrudan da həmrəydirlərmi?

Qadın yazarlardan açıq ETİRAF: Doğrudan da həmrəydirlərmi?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə əlamətdar bir tarix deyil, həm də qadınların gücünü və həmrəyliyini xatırladan xüsusi gündür. Bu münasibətlə Azərbaycanın qadın yazarları arasında sorğu keçirdik. Məqsədimiz söz dünyasında öz səsini duyuran qadınların həmrəyliyə baxışını öyrənmək, onların düşüncələrini və arzularını oxucularla bölüşməkdir. Görək, nə dərəcədə həmrəyik...
“Qısqanclıq edənlərə təkcə qadınlar deyil, kişi yazarlar arasında da rast gəlinir”
Yazıçı-publisist Zemfira Məhərrəmli bildirib ki, çağdaş ədəbiyyatımızda bu gün qadınlar da öz sözünü qətiyyətlə deyir: 
“Onlar yaratdığı əsərlərlə ədəbi proseslərdə fəal iştirak edirlər. Qadın nəsri, qadın poeziyası məfhumları da ədəbiyyatımızın bugünkü gerçəkliyidir. Fikrimcə, qadın yazarlar daha duyğusal, həssas, bəzən də kövrək olurlar. Qadın yazarlar arasında çoxsaylı dostlarım, həmdəmim var. Amma çox təəssüf ki, bəzən qələm yoldaşının parlaq uğurlarını, yaradıcılıq nailiyyətlərini görməzdən gələn, qısqanclıq edən yazarlarımızla da qarşılaşırıq. 
Belələrinə təkcə qadınlar deyil, kişi yazarlar arasında da rast gəlinir. Qadınların bayramında bu məsələnin çox da dərininə getmək istəməzdim. Əsərlərimin əsas obrazları qadın surətləridir, roman və hekayələrimin baş mövzusudur. Cəmiyyət həyatındakı qadınlarımızı da elə öz qəhrəmanlarım kimi saf, mənən təmiz, xeyirxah, ailəsi və vətəni üçün fədakar görmək istərdim.
“Qadınlar öz səslərini daha çox fərdi şəkildə ifadə etməyə çalışırlar”
Yazıçı-jurnalist Şahanə Müşfiq isə qeyd edib ki, Azərbaycan ədəbiyyatında qadın həmrəyliyi tam formalaşmış bir ənənəyə sahib deyil: 
“Ədəbiyyatımızda qadın müəlliflər hər zaman olub və dəyərli əsərlər ortaya qoyublar, lakin onların bir-birini sistemli şəkildə dəstəkləməsi, ortaq platformalarda daha sıx görünməsi çox vaxt yetərincə hiss olunmayıb. Bəzən bunun səbəbi ədəbi mühitin ümumi rəqabət atmosferi olub, bəzən də qadınlar öz səslərini daha çox fərdi şəkildə ifadə etməyə çalışıblar. 
Fikrimcə, qadın yazarların bir-birini oxuması, təbliğ etməsi, uğurlarına sevinməsi və çətin məqamlarda bir-birinə dayaq olması ədəbiyyatın inkişafı üçün çox vacibdir. Çünki eyni təcrübələri, oxşar çətinlikləri yaşayan qadın müəlliflərin bir-birini anlaması daha asandır. Bu həm də yeni gələn gənc qadın qələm sahibləri üçün motivasiya yarada bilər. 
Bu gün Azərbaycan qadınını daha çox həmrəy, rəqabəti düşmənçilik yox, inkişaf üçün stimul kimi qəbul edən görmək istərdim. Çox istərdim ki, qadın müəlliflər arasında həmrəyliyin, qarşılıqlı hörmətin və dəstəyin daha çox hiss olunduğu bir ədəbi mühit formalaşsın. Bu, təkcə qadınların deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının qazancı olar”.
“Ruhu başqa insanı aşağı çəkməklə məşğul biri böyük yazıçı ola bilməz”
Yazıçı Sahilə Yaya deyib ki, bir çox sahələrdə olduğu kimi, qadın ədəbiyyatında da həmrəylik var və çox sağlam, çox etikdir: 
“Mən bunu xüsusilə son illərdə hiss edirəm. Mən ədəbiyyat çevrəsində olduğum müddətdə heç bir qadının ictimai şəkildə  həmkarını aşağıladığını, dedi-qodu etdiyini görməmişəm. Bizim münasibətlərimiz çox yaxşıdır. Bir-birimizi dəstəkləyirik. Ümumiyyətlə, humanizm dəyərləri olmayan adam yaxşı yazıçı, şair ola bilməz. Ruhu başqa insanı aşağı çəkməklə məşğul biri böyük insan, böyük yazıçı ola bilməz. Azərbaycan qadınına fiziki və psixi sağlamlıq arzu edirəm. Bu varsa, qadın yenilikçi, təşəbbüskar, lider, rahat və gözəl olacaq”.
“Heç kim heç kimin yerini dar etmir”
Şairə, teleaparıcı Nuranə Nur isə xanımlarımızda görmək istədiyi meyarlardan söz açıb:
“Heç istəməzdim ki, bu mövzuda cavaba "Təəssüf " sözü ilə başlayım. Amma təəssüf ki, qadın yazarlar arasında həmrəylik yox dərəcəsindədir. Ümumiyyətlə, həmrəylik sözünün özü bəzən bizi ayrı-seçkiliyə aparır. Birmənalı olaraq hər kəsin həmrəy olması mümkün deyil. Özünü inkişaf etdirmiş, cəmiyyətə faydalı qadınlar bunu dərk edirlər. Heç kim heç kimin yerini dar etmir, hər kəs öz yerində layiqincə olsa bu elə həmrəyliyə səbəb demək deməkdir. Paxıllıq, dedi-qodu, pis niyyət... bunlar yalnız məişət səviyyəsində düşünənlərin həyat tərzidir. 
Azərbaycan qadını özünə hörmət edən, ləyaqətini, zərafətini qoruyan xanımdır, gözəl anadır. Xanımlarımızda bu meyarları görmək istəyirəm. Əlbəttə, bu dəyərlər peşəsindən, yaşadığı mühitdən, həyat tərzindən asılı olaraq dəyişir. Amma şərtlər nə olursa, olsun Azərbaycan qadını geyimi ilə, hərəkətləri ilə  kənardan ona şəhvət obyekti kimi baxılmasına şərait yaratmamalıdır. "Azərbaycan qadını" adını şərəflə daşıyan qadınlarımıza eşq olsun”. 
Şəfiqə Şəfa, Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Mart 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri