Icma.az
close
up
RU
Qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır edən qardaşlarla bağlı QƏRAR

Qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır edən qardaşlarla bağlı QƏRAR

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şirvan Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə və xuliqanlıqda təqsirləndirilən Əhməd Vəliyev və onun qardaş Səttar Vəliyevin (hə ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Əhməd Vəliyev dayısı oğlu, zərərçəkmiş İqbal Qədimovun onun qardaş Səttar Vəliyevin arvadına qarşı əxlaqsız təkliflər edib qadını narahat etdiyini zənn edib. Buna görə qardaşlar şəxsi münasibətlər zəminində ondan qisas almaq qərarına gəlib. Ötən il bu məqsədlə onlar birlikdə zərərçəkmiş şəxsi Hacıqabul rayonunun kəndlərindən birinin girişində tutub ona zor tətbiq etməklə qollarını küçədə olan qaz borusuna bağlamaq barədə qabaqcadan razılaşıb. Sonra qardaşlar İqbalı özünə məxsus mikroavtobusla sərnişinləri götürdüyü həmin kəndinin girişinə gəlməsini gözləyiblər. Zərərçəkmiş ora gələn kimi, Səttar başı ilə onun sifətinə zərbə endirərək burnunu sındırıb. Daha sonra qardaşlar birlikdə İqbalı küçədə olan qaz borusuna tərəf sürüyərək özləri ilə gətirdiyi iplə ora bağlayıb, köynəyini və şalvarını cıraraq əynindən çıxardıblar. Əhmədlə Səttar dayısı oğlunu orada 40 dəqiqə ərzində bağlı saxlayıb, uca səslə ətrafdakılara zərərçəkmiş şəxsin əxlaqsız hərəkət etdiyini deyiblər.

Hadisədən sonra qardaşlar saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Səttar Vəliyev 3 il 6 ay və Əhməd Vəliyev isə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Qardaşlar məhkəmə zalından həbs olunub.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Mart 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see470

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see253

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see115

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see113

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see112

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Əməkdaşlığın coğrafiyası genişlənir

04 İyun 2025 11:57see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri