Qadına qarşı quldurluq edən şəxslə bağlı qərar çıxarıldı
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Ali Məhkəmədə vətəndaşa qarşı hədə-qorxu gələrək quldurluq etməkdə təqsirləndirilən Fərahim Mirzəzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Fərahim Mirzəzadə Bakıda qadına qarşı quldurluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov

Məhkəmə qadına qarşı 103 minlik dələduzluq edən şəxslə bağlı qərar verdi
25 Dekabr 2024 09:31
Qonşusunu döyən şəxslə bağlı qərar çıxarıldı
06 Dekabr 2024 09:34
Həmkəndlisini güllələyən şəxslə bağlı qərar çıxarıldı
11 Mart 2025 09:42
Qohumunu güllələyən şəxslə bağlı qərar çıxarıldı
04 Aprel 2025 09:37
Taksi sürücüsünə qarşı quldurluq edən şəxslə bağlı qərar verildi
20 Dekabr 2024 09:17

