Icma.az
close
up
RU
Baş direktor: Yeni qanun layihəsi qaz sektorunda aydın və şəffaf qaydaların tətbiqi baxımdan mühüm bir mərhələ olacaq

Baş direktor: Yeni qanun layihəsi qaz sektorunda aydın və şəffaf qaydaların tətbiqi baxımdan mühüm bir mərhələ olacaq

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 iyun, AZƏRTAC

“Qaz təchizatı haqqında“ qanun layihəsi yalnız “Azəriqaz” üçün deyil, bütün qaz sektorunun iştirakçıları üçün yeni perspektivlər açacaq. Hazırda 2,6 milyondan çox abonentin qaz təchizatını təmin edən “Azəriqaz” İstehsalat Birliyi (İB) paylama və pərakəndə satış funksiyalarını yerinə yetirir. Qanun layihəsinin qəbulu qaz sektorunda islahatların sürətləndirilməsi, aydın və şəffaf qaydaların tətbiqi, ədalətli tarif mexanizmlərinin qurulması və istehlakçı ilə etibarlı münasibətlərin formalaşdırılması baxımından mühüm bir mərhələ olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.

Baş direktor, həmçinin qeyd edib ki, Avropa İttifaqı 1996-cı ildən etibarən enerji sektorunda islahatlar apararaq onu mərhələli şəkildə modernləşdirib. Qonşu ölkələr olan Gürcüstan və Türkiyə də bu təcrübədən faydalanaraq qaz sektoruna investisiya axınını və sənayenin modernizasiyasını sürətləndiriblər. Azərbaycan da uzunmüddətli inkişaf strategiyası çərçivəsində bu sahədə ardıcıl addımlar ataraq beynəlxalq təcrübəni nəzərə almaqla islahatları dərinləşdirməyi hədəfləyir. Qanun layihəsinin qəbulu sistemli risklərin aradan qaldırılmasına, fəaliyyətin daha çevik, şəffaf və dayanıqlı əsaslar üzərində qurulmasına, habelə sektorun orta və uzunmüddətli inkişafı üçün zəruri hüquqi tənzimləmə bazasının formalaşdırılmasına imkan yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri