Icma.az
close
up
RU
Qadının bədənində yağ çox, yanları biçimli və iridirsə... MÜSAHİBƏ

Qadının bədənində yağ çox, yanları biçimli və iridirsə... MÜSAHİBƏ

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar mədəniyyət işçisi, məşhur kulinar, milli mətbəximizlə bağlı onlarla kitabın müəllifi Tahir Əmiraslanov Modern.az saytına müsahibə verib.

Tahir Əmiraslanov Ermənistan və Azərbaycan mətbəxinin oxşarlıqlarından, kulinariya sahəsindəki boşluqlardan, qidalanma mədəniyyətindən, ərzaq mallarının keyfiyyətindən və bu kimi digər məsələlərdən danışıb.

Müsahibəni təqdim edirik.

-  Tahir müəllim, əvvəllər belə bir deyim var idi ki, kişilərin ürəyinə gedən yol mədəsindən keçir. Buna görə də qadınlar həyat yoldaşları üçün ən yaxşı yeməyi bişirərdilər. Bu deyim indi də qüvvədə qalırmı?

-  Rəhmətlik Sara Oğuz "Ocaqlarımızın bərəkəti" kitabında bu fikri çox gözəl ifadə edir. Deyir ki, Azərbaycan xanımı üçün mətbəx iş məsələsi deyil, eşq məsələsidir. Qadın uşaqlarına, yoldaşına sevgisini mətbəxdə göstərir. Zərdüşt peyğəmbər deyir ki, xörək bişirilən xörəyə ancaq fiziki deyil, həm də mənəvi təsir göstərir. Əgər qadın sevə-sevə yemək bişirirsə, onun bütün energetikası kişiyə də keçir, yox əgər əsəbi, yorğun halda yemək bişirirsə, kişi ya televizyanın qabağında yatacaq, ya telefonla oynayacaq, ya da qadından uzaqlaşacaq. Bu, onun özündən aslı deyil, qida informasiya daşıyıcısıdır. Bir də baxırsan kimsə haqqında deyirlər ki, o, niyə bu gözəllikdə qadını qoyub başqasını aldı? Çünki o gözəl xanımın cinsəl hissləri realizasiya olub. Kişilər ona çoxlu kompliment deyiblər, çoxlu sevənləri olub, baxıb özünə və sair, amma o biri bir o qədər baxımlı olmasa da, yaxşı yemək bişirib həyat yoldaşının könlünü xoş etməyi düşünür və bütün müsbət enerjini ərinə ötürür. Kişi özü də bilmir ki, onu niyə sevir, ona necə vurulub...

Qədim hind fəlsəfəsində də var ki, əgər qadın özünü ərinə sevdirmək istəyirsə, hətta kişinin anası və bacısına da imkan verməməlidir ki, ona yemək bişirsin. Hind mədəniyyətində həyat yoldaşlarını əlləri ilə yedizdirirmək ənənəsi var. Bu sakral qidalanmadır. Fikir verirsinizsə, qadınla kişi yaşlandıqca, bir-birlərinə oxşayırlar, çünki bütün informasiya, energetik mübadilə daimi olaraq onların arasında bu və digər yollarla gedir. Əgər qadında ağırlıq varsa, kişi ondan aralanacaq. Bütün dinlərdə qadınların kişilərə xəyanəti doğru qəbul edilmir. Bu səbəbdən Tanrı qadınlarda bakirəlik pərdəsi yaradıb, fizioloji olaraq heç bir önəmi olmasa da, çox önəmlidir. Çünki qadın hansı kişi ilə birlikdə olsa, onun bütün məlumatların daşıyır və yeni olacaq körpəyə ötürür. Qadına verilən rol tamamilə başqadır, həyat cənnətdə yaranır, Tanrı həyatın yarısını, yəni cənnəti ana bətninə köçürüb.

Bu gün qadınlar savadsız dietoloqların yanına gedib özlərini arıqlatmaq istəyirlər. Amma qadının bətnində yağ yoxdursa, onun rəhmi mühafizə olunmur. Bu cür bətində uşaq sağlam olmayacaq, 100 dəfə həkimə gedəcəklər. Alimlər də vurğulayır ki, qadının bədənində yağ çox, yanları biçimli və iridirsə, o qadın daha ağıllı olur və daha çox ağıl ötürə bilir. Elə qadınlar daha güclüdür və rahat doğurlar. Bunların hamısının səbəbləri var. Mənim elmi işimin bir hissəsi qidanın insanın çoxalmasına təsiri idi, "Sevgi mətbəxi" kitabım da tibb alimlərinin rəyləri ilə çıxdı və məhz buna aid idi - qidanın insanın repreduktiv funksiyasına təsiri. Getdikcə qadın və kişi arasında bərabərlik yaratmaq adı ilə isə bütün bu sistemi məhv edirlər. İndi nadir qadınlar evində ərinə gözəl yemək bişirmək haqqında düşünür...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see190

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see165

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see123

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see121

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see120

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see118

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see118

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see117

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see115

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see114

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see112

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see111

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see111

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see111

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri