Milli Qvardiya qoşunları yaxın 24 saat ərzində Los Ancelesə çatacaq
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
ABŞ-də Tramp administrasiyası Cənubi Kaliforniyada artan immiqrasiya etirazlarına cavab olaraq Milli Qvardiya qüvvələrinin Los-Ancelesə göndərilməsi qərarı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Times” nəşrinə açıqlama verən Kaliforniya Mərkəzi Dairəsi üzrə müvəqqəti federal prokuror Bill Essayli bildirib. Onun sözlərinə görə, “nəzarətdən çıxan” vəziyyətin sabitləşdirilməsi üçün 2000 əsgərin bölgəyə yerləşdirilməsi planlaşdırılır və onlar yaxın 24 saat ərzində Los-Anceles dairəsinə çatacaqlar.
Lakin bu qərar yerli hakimiyyət tərəfindən kəskin etirazla qarşılanıb. Los-Ancelesin meri Karen Bass Tramp administrasiyasının atdığı bu addımı “tamamilə lazımsız” adlandırıb.
Xatırladaq ki, Kaliforniyanın cənubundakı Los-Anceles şəhərində ABŞ Miqrasiya və Gömrük İdarəsinin (ICE) keçirdiyi genişmiqyaslı reydlər etirazlara səbəb olub. ICE reydləri zamanı, o cümlədən müqavimət göstərənlər də daxil olmaqla, 44 qeyri-qanuni mühacir həbs olunub. Şahidlərin sözlərinə görə, reyd zamanı gözyaşardıcı qaz və partlayış qumbaralarından istifadə edilib.
Bunun nəticəsində 300-dən çox insan şəhər mərkəzinə toplaşaraq ICE-nin sərt taktikalarını və federal hökumətin hərbiləşdirilmiş cavabını pisləyib.
Bu mövzuda digər xəbərlər:Tramp administrasiyası Los Ancelesə göndərilən Milli Qvardiya əsgərlərinin sayını ikiqat artırıb
10 İyun 2025 06:45
Tramp Milli Qvardiyanı Los Ancelesə GÖNDƏRİR
08 İyun 2025 10:52
Milli Qvardiya əsgərlərinin və dəniz piyadalarının Los Ancelesə yerləşdirilməsi ABŞ a azı 134 milyon dollara başa gələcək
10 İyun 2025 21:31
Los Ancelesdə yanğın Milli Qvardiya bölgəyə yeridilib
10 Yanvar 2025 10:33
Tramp niyə Los Ancelesə Milli Qvardiyanı göndərib? VİDEO
17 İyun 2025 13:44
Baxış sayı:137
Bu xəbər 08 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















