Icma.az
close
up
RU
Qadınlar əvvəlki qayda ilə yaşamaq istəmirlər, kişilər isə...

Qadınlar əvvəlki qayda ilə yaşamaq istəmirlər, kişilər isə...

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə ailə institutu ciddi transformasiya mərhələsindən keçir. Ənənəvi ailə modeli əvvəlki dövrlərlə müqayisədə daha çox dəyişikliklərə məruz qalır və bu dəyişikliklər cəmiyyətin sosial strukturuna birbaşa təsir göstərir. Boşanma hallarının artması, ailədaxili münasibətlərdə sabitliyin azalması və fərdi seçimlərin ön plana çıxması ailənin funksional rolunu yenidən formalaşdırır. Sosial, iqtisadi və mədəni amillər bu prosesdə əsas təsir edən faktorlar kimi çıxış edir. Nəticədə ailə artıq təkcə birgə yaşayış forması deyil, həm də dəyişən dəyərlər sisteminin mərkəzində dayanan sosial institut kimi yeni məzmun qazanır.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında deyib ki, ailənin məzmununda, strukturunda dəyişmə meylləri başlayıb:
“Çünki cəmiyyətin və insanların düşüncəsi transformasiyaya uğrayır. Azərbaycan uzun müddət ənənəvi, kişi mərkəzli cəmiyyət olub. Bu cəmiyyətdə cəmiyyətin fərd üzərində, ailə üzvü üzərində nəzarəti mövcud olub. Amma son dövrlərdə, son bir neçə ildir ki, artıq ənənəvi kişi mərkəzli cəmiyyət zəifləyir və liberal dəyərlər üstünlük təşkil edir. Bəlkə də qərb güc mərkəzlərinin məqsədli şəkildə Azərbaycan kimi ölkələrə, gender bərabərliyi və qadın hüquqları adı altında feminist hərəkatın təsiri də ola bilir. Ümumiyyətlə gender bərabərliyi ilə bağlı qadın hüquqları düzgün çatdırılmır. Sanki qadınlar kişilərə qarşı körüklənmiş kimi də görünə bilər. Bu prosesdə sosial şəbəkələrin də təsiri var. Sosial şəbəkələr üzərindən influenserlərin və bloqerlərin ənənəvi ailə dəyərlərini dağıtmağa yönəlmiş çağırışları, daha çox eqoist, bəncil, hedonist çağırışlar da rol oynayır. Bir də bəzi sahələrdə ailə münaqişələrinə düzgün müdaxilə metodları adekvat olmur. Xatırlayırsınızsa, Türkiyədə məşhur psixoloq Əsra Özbek var idi. O ailə münaqişələri ilə işləyən mütəxəssisdir. O etiraf etmişdi ki, bu gün Türkiyə cəmiyyətində psixoloqlar olaraq ailə münaqişələri ilə işləyərkən düzgün metod seçməyiblər, daha eqoist tövsiyələr veriblər. Şəxsiyyət mərkəzli, fərdi dəyəri ön plana çıxaran tövsiyələr verilib və ailə fədakarlığına kifayət qədər yer ayrılmayıb. Yəni düzgün istiqamət, düzgün konsultasiya proqramları olmayıb ki, daha çox fərdi yanaşma qabardılıb”.
O qeyd edib ki, ona görə də bəzi yanlış qərarlar verilib və nəticədə ailələrdə kolliziyalar daha da dərinləşib, münaqişələr artıb, boşanma statistikası da yüksəlib:
“Ona görə daha çox ailəyönümlü məsləhətlər vermək lazımdır. Əgər məqsəd ailə institutunu qorumaqdırsa, yanaşma da ailə mərkəzli olmalıdır. Bu baxımdan cəmiyyətdə düşüncə transformasiyası yaşandığı üçün qadınlar əvvəlki qayda ilə yaşamaq istəmirlər, kişilər isə əvvəlki qayda ilə idarə etməyə çətinlik çəkirlər. Qadınlar iqtisadi baxımdan daha aktiv olduqca, öz ayaqları üzərində dayandıqca kişidən asılılıq azalır və bu da ənənəvi stereotiplərlə toqquşur. Nəticədə qadınlar daha müstəqil, daha sərbəst olmaq istəyir, kişilər isə bu dəyişimi qəbul etməkdə çətinlik çəkir. Bu vəziyyət bəzən məişət münaqişələrinə, hətta ciddi problemlərə gətirib çıxarır və ailə institutunu zəiflədir. Eyni zamanda sosial şəbəkələrdə də ənənəvi ailə dəyərləri bəzən yanlış təqdim olunur. Ağsaqqal-ağbirçək institutu zəifləyib, funksionallığını itirib, mürəkkəb ailələr azalaraq nüvə ailələr çoxalıb. Əvvəllər yeni evlənənlər valideynlərlə birgə yaşayırdısa, indi daha çox ayrıca yaşayırlar. Bu da sosial dəstək sistemini zəiflədir və böhranlı vəziyyətlərdə çıxış imkanlarını azaldır. Sosial şəbəkələrdə isə bəzən reallığı əks etdirməyən, idealizə olunmuş həyat tərzləri təbliğ olunur. Sanki hər şey çox rahat və problemsizdir, amma görünməyən tərəfdə ciddi çətinliklər olur. İnsanlar da bunu nəzərə almalıdır. Reallıq budur ki, ənənəvi ailə institutu zəifləyir və yeni modellər formalaşır. Bu səbəbdən belə münaqişələr gələcəkdə də davam edə bilər.
Bütün bunlara baxmayaraq, ailə institutunun qorunması cəmiyyət və dövlət üçün prioritet istiqamətlərdən biridir. Çünki ailə cəmiyyəti sosial problemlərdən qoruyan əsas təməllərdən biridir. Sağlam cəmiyyət üçün sağlam və dayanıqlı ailə vacibdir. Ona görə də ailə dəyərlərini qorumaq, klassik ailə modelini saxlamaq və bu dəyərləri gələcək nəsillərə ötürmək mühüm əhəmiyyət daşıyır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri