Icma.az
close
up
RU
Qadınlar müştəri axtarır, azğınlaşıblar, kişilər isə kişicikdir... Aktyor Türkay Cəfərli ilə MÜSAHİBƏ

Qadınlar müştəri axtarır, azğınlaşıblar, kişilər isə kişicikdir... Aktyor Türkay Cəfərli ilə MÜSAHİBƏ

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Məni təsadüfən yolda görərəkən bəyəniblər. İlk proyektim AzTV-də olub”.

Bunu Sfera.az-a müsahibəsində aktyor Türkay Cəfərli deyib.

Müsahibəni təqdim edirik:

- Aktyor kimi inkişafınızda ən çox təsiri olan insan kim olub?

- Özüm, çünki çox həvəsli idim. Filmlərinə baxıb stimul aldığım insan Rasim Balayev olub. O filmlərə baxaraq özümdəki aktyorluq eşqini aşkara çıxarmışam.

- Yaratdığınız hansı obraz sizə daha çox çətinlik yaradıb və niyə?

- Hamısı mənim öz balam kimidir. Mən, ümumiyyətlə, çətinlikdən zövq alan biriyəm. Çünki çətinliklə qazanılan uğurların dadı və ləzzəti tam başqa olur.  Asan şeylər məndə maraq oyatmır. Baxmayaraq ki, dünyada sistem dəyişib, insanlar asan yollarla pul qazanmaq istəyirlər. Son dövrlərdə ağır olsa da, "Xənnas" filmindəki personajdan zövq aldım. Bu il iki yeni filmimiz çıxacaq. "44" filmi müharibə ilə bağlıdır. "Spinozanın tanrısı" psixioloji dramdır. O filmdəki rolum da ağır idi.  Ssenarini çox bəyəndim və çox böyük həyəcanla oxudum.  Bu filmdəki personajlar melanxolikdir. Fevral ayının sonlarında kinoteatrlarda olacaq. 

- Hansı janrdakı rolları daha çox sevirsiniz və bunun səbəbi nədir?


- Mənfi və psixoloji rolları çox sevirəm. Qəhrəman olmaq həmişə asan olur.Nifrəti qazanmaq və nifrət müqabilində yaddaşda qalmaq çətindir. Ən çox tarixi rolları arzulayıram. Tarixi filmlər yaralı yerimizdir. 


- Hansı tarixi şəxsiyyəti canlandırmaq istəyərdiniz?


- Xətai. Ölkənin tarixini işıqlandırmaq böyük uğurdur. Məsələn, Türkiyədə hər bir kanalda bir tarixi film və yaxud serialla rastlaşmaq mümkündür.  Burada büdcə də böyük rol oynayır. Onların bir günlük büdcəsi bizim illik büdcəmizə bərabərdir. 


- İzlədiyiniz və bəyəndiyiniz teatr əsəri və yaxud film hansıdır?


- Kristofer Nolanın "Interstellar" filmi. “Çernobıl”ı də çox bəyəndim. Detallarına qədər hər şey möhtəşəm idi. Türkiyə seriallarından isə "Suskunlar" mükəmməl idi.  İndi ara-sıra "Leyla" serialını izləyirəm. Baş rol Cemre Baysel rolu çox gözəl canlandırır. Həm də çox gözəldir. Bizimkilərdən fərqli olaraq estetiksizdir. 


- Gələcəkdə hansı rolları canlandırmağı arzulayırsınız?


- Müharibə filmlərinin çox olmasını istərdim. Ağır filmlərdə oynamaq istəyirəm. 


- Xarici filmlərdən təklif almısınız?


- Bir dəfə. 2014-cü ildə almışam. Çox təəssüf ki, mən həmin dövrdə hərbi xidmətə gedirdim. Belə başqa təkliflər də olub. Amma sonra nə baş veribsə, kənarlaşdırılmışam. Mənim kaprizli olduğumu düşünüblər deyə o iş alınmayıb, amma Azərbaycandan ən başıboş aktyoru aparıb çəkiblər...


- Bəs hansı kaprizləriniz var?


- Hamının kaprizləri olur.  Mən bilirəm ki, mən nəyə “hə”, nəyə “yox” deməliyəm. 


- Aktyorluqdan əlavə hansı maraq dairələriniz var?

- İdmana böyük marağım var. Tək gəzməyi və musiqi dinləməyi çox sevirəm. Rəqs etməyin dəlisiyəm.  Boş vaxtlarımda tarixi bilgilərlə maraqlanıram. Hər gün bir şeyi sevə bilərəm. Dəyişkənliyi xoşlayıram.


- Aktyorların bir-biri ilə münasibəti barədə nə düşünürsünüz?

- Kişi kimi aktyorlar olan yerdə mübarizə də sağlamdır. Mənim aktrisalarla işim yoxdur. Dərdim özünü kişi hesab edən rejissorlara yaltaqlanan aktyorlarladır. Onlar araya nifaq salmasa, heç bir problem də olmaz. Dediyim kişi məsələsi yaxşı insan olmaqla əlaqəlidir. 


- Birlikdə çalışmaq istədiyiniz aktyor və yaxud aktrisa varmı? Varsa kimlərdir?


- Denzel Vaşinqtonla bir səhnəni bölüşmək istərdim.  O, mənim üçün başqa bir mərtəbədir.  Azərbaycanda tərəf müqabili olmağı arzu etdiyim aktyor və aktrisalar olmayıb.  Çünki kim istənilibsə, onunla rol almışam.  Yaxşı bir filmdə Rasim Balayevlə rol almaq istəyərdim. Aktrisalardan favoritim yoxdur. Çünki yaxşıları ilə çəkilirəm. 


- Həyatınızda yaşadığınız ən çətin anlardan biri hansı olub və bu sizin yaradıcılığınıza necə təsir göstərib?


- Əsgərlikdən tərxis olunmağıma az qalmış rol təklifləri gəlirdi. Mən də gələ bilməyəcəyimi qeyd etmişdim. Həmin proyektlər də mənim il yarım əsgərlikdə olacağımı düşünüblər. Hərbidən qayıtdıqdan sonra 6 ay işsiz qaldım. Həmin ərəfədə iyrənc bir rol təklifini qəbul etməli oldum. "Xüsusi Təyinatı İbad" biabırçı film idi.  Həyatda ən böyük səhvim bu filmə çəkilməyim olub. 


- Diqqət mərkəzində olmağın müsbət və mənfi cəhətləri hansılardır?


- Mənfi cəhəti odur ki, sonradan dost olan insanlar senin eqoist olduğunu düşünür. Müsbət cəhəti isə dəyər və diqqət görməkdir. Tanınmış olmaq yox, xüsusi insan olmaq istəmişəm. Tanınmağı ona görə sevirəm ki, onu öz əziyyətimlə qazanmışam. 


- Karyera və şəxsi həyat arasındakı balansı necə qoruyursunuz?


- Şəxsi həyatımda kimsə yoxdur. Mənim üçün şəxsi həyat anam, bacım və işimdir. İşimizin daimi qrafiki yoxdur. Elə gün olur 18 saat, elə gün də olur ki, 1 saat işləyirsən. Artıq bu qrafikə öyrəşmişəm. Bizim işdə də çətinliklər və ədalətsizliklər çox olur. Amma yenə də şəxsi həyata vaxt ayırmaq olur. 


- Müsahibələrinizin birində demisiniz ki, qadınsız həyat heçnədir.  Bəs həyatınızda sizi motivasiya edən və dəstək olan bir qadın olub?


- Anam. Anam mənim ən böyük dəstəkçimdir. Qadınlar indi çox dəyişilib. Bu yanlız qadınlara xas deyil. İndiki dövrdə kişilərin çoxunda kişilik, qadınların çoxunda qadınlıq qalmayıb. Gələcəkdə hər hansısa bir qadın olarmı, olmazmı deyə bilmirəm. Mən çox çətin xarakterli insanam. Yeri gələndə ürəyim kağızdır. Bəzən isə daşdır. Hər insan mənlə bacara bilmir.


- Qeyd etmisiniz ki, qadınlar rəndələnmiş formadadırlar və hadisələrə çox bəsit yanaşırlar. Onlara qarşı belə önyarğılı olmağınızın səbəbi nədir?


- Buna səbəb gördüyüm və təmasda olduğum qadınlardır. Bəsit deməyim beyinlə əlaqəlidir. Efirlərdə, televiziyalarda, sosial şəbəkələrdə qadınların 70 faizi özünə müştəri axtarır. Vəziyyət biabırçı hal alıb. İçlərindəki azğınlıq üzə çıxıb. Kişilər də artıq kişicik olublar. Bunu da leqallaşdırmağa çalışırlar.  Bunu yaymalarının əleyhinəyəm.  “İnstagram”a baxanda qadınların arxasından başqa heçnə görmürəm. Müğənninin səsi qalıb kənarda bədənşəkilləndirməsi ilə tanınır. 10 dəfə boşanıb 8 dəfə evlənənlər isə ailə məsləhəti verir.  Cahil insanlar aparıcılıq edir.  Elə qadınlar da var ki, adam ona baxmağa utanır. Çünki onun əsaləti var. Onlara Banunu, Bəyimi misal göstərmək istəyərdim. Mənə görə qadın da, kişi də beş yerə bölünür: 


Dişi, qız, qadın, xanım və ana. Xanım və ana olmağı hər kəs bacara bilməz. 

Erkək, oğlan, bəy, kişi, ata. Hər kəs kişilik təbəqəsinə qalxa bilmir. 

Tərbiyəli uşaq görəndə bağrıma basmaq və onu qorumaq istəyirəm. Cəmiyyətin təmizlənməsini arzulayıram.


- Müsahibələrinizin birində mentallığı önəmsəmədiyinizi, digər bir müsahibədə isə aktrisa ilə evlənmək istəmədiyinizi qeyd etmisiniz. Bildirmisiniz ki, evlənəcəyiniz insan sizə məxsus olmalıdır. Bu da mental düşüncə deyilmi? 

- Aktrisa ilə evlənərəm. Aktrisa elə mənim həmkarımdır. Onun iş prinsipinə daha yaxşı bələdəm. Bəzi mental adətlər var ki, yanlız pul sərfiyyatıdır. Bəzi adət-ənənələr də silinib deyə cəmiyyət bu gün pis gündədir. 


- Xanımım deyə biləcəyiniz insan necə biri olmalıdır?


- Əvvəllər evliliyə dair xəyallarım var idi. Amma indi elə xəyalım yoxdur.  Mən gözəlliyə qiymət verən biriyəm. Enerji və şarm olduqca önəmlidir. Hazırda xəyalımda qadın eskizi yoxdur. Mən də sevməyi çox istəyərəm. Çünki kiminsə əlindən tutmağa ehtiyac var. 


- Həyatınızda keçilməsini istəmədiyiniz qırmızı xəttiniz varmı?


- Haqqıma girilməyini sevmirəm. Ailəm qırmızı xəttimdir. 


- Haqqınıza girən olub?


- Bəli şəxsi həyatımda haqqıma girilib. Daha sonra o insan mənə yaşatdıqlarının eynilərini yaşadı.


- Kumiriniz olan aktyor varmı?


- Kumirim yoxdur. Sadəcə sevdiyim aktyorlar var. 


-  Son dövrlər çəkilən filmlər niyə arzuolunan nəticəni vermir? Aktyor və aktrisaların rolları niyə süni alınır?


- Əksinə, çoxu artıq inkişafdan xəbər verir. Sadəcə diqqətlə izləmək lazımdır. Ssenari boşluğu da sünilik yaradır. Burada da büdcə rol oynayır. Aktyor obrazı canlandırmağa gələndə evindəki problemi düşünməməlidir. Məhz bu baxımdan izləyicilər az büdcəylə ərsəyə gətirilən filmləri qınaya bilməzlər.  “Atabəylər” filminin çəkilişlərində türklər bizim çox güclü olduğumuzu dəfələrlə vurğuladılar. Onlar da qeyd etdilər ki, bizdə sadəcə büdcə problemi var. Kino biznesdir və hər detal puldur. Rejissorlar bəzən seçimi də düzgün etmirlər. Peşəkar aktyor yerinə izləyicisi çox olan bloqerə rol təklif edirlər.  Burada hansı sənətdən söhbət gedə bilər?  Amma yenə sonda bizi axtarırlar. 


- İndiki vəziyyətdən razısınız?


- Razı olmağa çalışıram. Çünki inkişaf gedir. Yaxşı serial və filmlər ərsəyə gətirilir.


- Hal-hazırda hansı Azərbaycan serialını izləyirsiniz? 


 -Çox vaxtım olmur, amma  “Vətəndaş A” serialının 2-3 bölümünü izləmişəm.


- “Alatava” serialına baxmısınız?


- Xeyr. Çünki maraqlı deyil. 


- Bir telefon hamını aktyor edə bilər demisiniz. Aktyor və aktrisa olmaq üçün də "himayəçilərə", "day-daylara" ehtiyac var?


- Aktyor olmaq üçün yox, amma ulduz olmaq üçün bir zəngə ehtiyac var. İçiboş, amma tapşırığı yüksək olan akyorlar...


- Elə aktyorlarla səhnəni bölüşmüsünüz?


- Təbii ki, o adamın mənliyindən nifrət etsəm də, işimi icra etmişəm. Səhnədən kənarda düşmənimdir. Səhnədə dostum da, doğmam da ola bilər. Bu, işimə olan sədaqətimdir.


- Müğənni Sevinc Ağaşirinova bildirib ki, günə 20 manat qazanan kişi evlənməməlidir. Bu fikrə münasibətiniz necədir?


- "Xalqlar Dostluğu" körüpüsünün altındakı insanlar uşaqlarını saxlamaq üçün necə əziyyət çəkirlər. Məncə, onlara baxıb sonra danışsın. Həyat çərxi fələkdir. Dönüb dolaşar həmin insanın 5 manata və yaxud o 20 manatı qazanan kişiyə ehtiyacı olar. Bu fikri səsləndirən insan özü asan pul qazanan biridir. Öz hesabına yox, başqalarının hesabına... İndi insanların əksəriyyətini çox qudurdublar. Bunu uşağına 5 manatı qıymayıb, bəzi "qadın"lara yüzlüklər səpən kişiciklər edib.

Ülkər Abdurahmanlı

Fotolar: Anar Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1221

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see189

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see147

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see125

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see123

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see110

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri