Qadınlar olmadan cəmiyyətin inkişafı mümkün deyil
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“Cəmiyyətin inkişafı, irəliyə getməsi və potensialının artırılması qadınların iştirakı olmadan mümkün deyil”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov 25 noyabr – Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda deyib.
O bildirib ki, müasir dövrdə qadının cəmiyyətdəki sosial rolunun əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan cəmiyyətini gender məsələləri baxımından qlobal proseslərə yaxınlaşdırır.
Əli Əhmədovun sözlərinə görə, milli dəyərlərlə qadının cəmiyyətdə formalaşan yeni rolu arasında müəyyən ziddiyyətlərin yaranması ehtimalı da mövcuddur. Bu ziddiyyətlərin aradan qaldırılması zorakılığın qarşısının alınmasında mühüm vasitələrdən biri ola bilər.
Sədr müavini qeyd edib ki, qadınların ictimai həyatda iştirakı həm cəmiyyətin inkişafı, həm də ailə və ailə dəyərlərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
O xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə milli dəyərlərin qorunması və möhkəmləndirilməsi ilə bağlı çağırışlar edib. Bu istiqamətdə atılan addımlar qadına hörmət və qayğının artırılması, eləcə də qadınların ictimai həyatda daha fəal iştirak etməsi üçün imkanların yaradılmasını əhatə edir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 25 Noyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















