Icma.az
close
up
RU
Qadınlara xəbərdarlıq: Uşağınızda qüsur görmək istəmirsizsə...

Qadınlara xəbərdarlıq: Uşağınızda qüsur görmək istəmirsizsə...

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Sağlam qadın hamilə qalmalıdır, hamiləlikdən qabaq mütləq müayinəyə getmək gərəkdir.

Teleqraf.com bildirir ki, bu sözləri bu il 400 uşağın qüsurlu doğulmasının səbəbləri barədə açıqlama verən pediatr Vaqif Qarayev deyib.

Onun fikrincə, hamiləlik normal keçməli, dünyaya uşaq gətirmək istəyən qadın xüsusi ginekoloqların nəzarətində olmalıdır: "Ana zərərli vərdişlərdən uzaq dayanmalıdır. Düzdü, bizdə siqaret, içki içən qadın yox dərəcəsindədir, amma hamilə qadın ağır işdə işləməməli, şüalandırma olan yerdə qalmamalı, ağır fiziki iş görməməli, bütün hamiləliyi dövrünü sakit keçirməlidir".

Pediatr deyib ki, hamilə qadın eyni zamanda ginekoloqun verdiyi məsləhətlərə qulaq asmalıdır: "Bətndaxili patologiyanı, qüsuru təyin etmək üçün müayinədən keçmək lazımdır. Müasir dövrdə hətta daun xəstəliyini təyin etmək imkanı var. Pul və zaman çatışmazlığı səbəb yox, sadəcə bəhanədir. Xüsusən regionlarda bu məsələ çox ciddidir".

Həkim deyib ki, irsiyyətdə ciddi xəstəlik varsa, bu da nəzərə alınmalıdır: "Əgər həkim qadının hamilə qalmağına icazə verirsə, o, nəzarət altında olmalıdır. Çünki hamiləlik problemli keçibsə, doğuş zamanı da problem yarana bilər".

Vaqif Qarayev yaş məsələsinə də toxunaraq deyib ki, ananın yaşı çox mühümdür: "Sağlam uşağın doğulmasında risk faktorlardan biri ananın yaşıdır. Bu, Avropanın qəbul etdiyi qaydadır. Bizdə isə erkən hamiləlik deyilən bəla var. Yeniyetmə yaşda hamilə olurlar ki, orda istədiyin qüsuru görmək mümkündür. Uşaq çox ağır, yarımçıq qüsurlarla doğulur. Erkən nikahlar Azərbaycanın bəlasıdır. Ana tək bioloji yox, həm də mənəvi-psixoloji baxımdan hamiləliyə hazır olmalıdır".

Digər pediatr Əli Quliyev də məsələyə münasibət bildirib: "Ananın hamiləlik dövründə istifadə etdiyi dərmanlardan tutmuş, yediyi qidalara, içdiyi suya qədər hər şey körpədə qüsura səbəb ola bilər. Anada vitamin əskikliyi, keçirdiyi infeksion xəstəliklər də buna əlavə etmək gərəkdir.

Ana hamiləlik vaxtı stresdən uzaq durmalı, düzgün qidalanmalı, təmiz havada yaşamalı, mümkün qədər əlavə dərmanlardan istifadə etməməlidir. Yaranan infeksiyalar zamanı vaxtında həkimə müraciət etməlidir ki, lazımi müalicə verilsin, uşaqlarda qüsura səbəb olmasın".

Qeyd edək ki, Səhiyyə Nazirliyi bu il 400-dən artıq uşağın ağır qüsurlarla doğulması barədə məlumat yayıb.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri