Icma.az
close
up
RU
Qadınlarda göbələk xəstəliyi

Qadınlarda göbələk xəstəliyi

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göbələk əksər insanların selikli qişalarında (ağız boşluğu, bağırsaqlar, cinsiyyət sistemi) yaşayır.

İmmunitet göbələklərin çoxalmasına mane olur və onların sayını orqanizm üçün zərərsiz olan "çərçivədə" saxlayır. Bu səbəbdən sağlam insanlarda göbələk heç bir xəstəliyin inkişafına səbəb olmur. Lakin insanın immuniteti müxtəlif səbəblərə görə zəiflədikdə göbələk kəskin şəkildə çoxalmağa başlayır ki, bu da müxtəlif pozulmalara gətirib çıxardır. Qadınlarda bu uşaqlıq yolunun iltihabına (kandidoz) səbəb ola bilər. Bu xəstəliyi Candida albicans göbələyi törədir.

Kandidoz zamanı qadınları bu kimi simptomlar narahat edir:

- uşaqlıq yolunda güclü qaşınma və yandırma hissi,

- sidik ifrazı zamanı uretrada ağrı və yandırma,

- uşaqlıq yolundan ağ kəsmiyə bənzər turş iyli ifrazatların olması,

- cinsi əlaqə zamanı ağrı və yandırma hissi.

Göbələk həm qadınların, həm də bakirə qızların cinsiyyət yollarında yaşaya bilər ki, bu səbəbdən göbələk həm qadınlarda, həm də qızlarda kandidozun inkişafına səbəb ola bilər.

Kandidozun risk faktorları arasında:

- Gigiyena qaydalarına ciddi riayət edilməməsi.

- Uşaqlıq yolunun dərin yuyulması. Xüsusilə yuyunma zamanı sabun və digər vasitələr istifadə olunduqda.

- Menstruasiya zamanı tamponlardan istifadə etməsi. Tamponlardan istifadə etmək olar. Lakin bunu düzgün etmək lazımdır. Tampondan yalnız sağlam qadın istifadə edə bilər və tampon hər 4 saatdan bir (bundan artıq yox!) dəyişilməlidir. Uşaqlıq yolunda uzun müddət ərzində qaldıqda tampon istənilən ziyanlı mikrofloranın çoxalması üçün çox "əlverişli" şərait yaradır.

- Dar sintetik alt paltar.

- Antibakterial preparatlardan ("antibiotik"lər) düzgün istifadə etməməsi (həkimin təyini olmadan qəbul etdikdə, artıq dozalarda qəbul etdikdə və s.).

- Hormonal fonun pozulmaları.

- İmmun sisteminin kəskin zəifləməsi (xəstəlik, stress və s. nəticəsində).

- Şəkərli diabet. Şəkərli diabet bir çox hallarda kandidoza səbəb olur. Bəzən məhz bu simptom şəkərli diabetin ilk simptomlarından biri kimi meydana çıxır. Bu səbəbdən əgər sizi kandidoz çox tez-tez narahat edirsə, mütləq qanda şəkərin səviyyəsini təyin etmək üçün analiz verin.

- Hamiləlik. Hamiləlik zamanı hormonal fon kəskin dəyişilir və bu da öz növbəsində kandidozun inkişafına səbəb ola bilər.

Kandidozun əlamətlərini hiss etdikdə qadın mütləq həkimə müraciət etməlidir. Lazım olan müayinə və analizlərdən sonra həkim xüsusi göbələk əleyhinə preparat təyin edəcək. Bundan əlavə həkim qadına vitamin-mineral kompleks və immun sistemini möhkəmləndirən preparat təyin edə bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri