Icma.az
close
up
RU
Qadınların ürək döyüntüləri kişilərdən niyə daha sürətli olur?

Qadınların ürək döyüntüləri kişilərdən niyə daha sürətli olur?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onilliklərdir həkimlər və tədqiqatçılar ürək ritmi ilə bağlı əsas sirrə cavab axtarırlar: nə üçün qadınlarda adətən ürək döyüntüləri daha sürətli olur, halbuki kişilərdə daha çox ürək ritminin pozulması — məsələn, qulaqcıq fibrillyasiyası (atrial fibrilasiya) müşahidə olunur?

Ölkə.az xəbər verir ki, Ohayo Ştat Universitetinin Veksner Tibb Mərkəzində aparılan yeni bir araşdırma bu suala müəyyən aydınlıq gətirib. Araşdırma göstərir ki, ürəyin hər normal döyüntüsünü başladan və onun təbii “ritm generatoru” olan kiçik, lakin güclü bir quruluş — sinoatriyal düyün (SAN) — qadınlar və kişilərdə fərqli genetik mexanizmlərlə işləyir.

Tədqiqatın nəticələrinə əsasən, qadınlarda ürək döyüntüsünü sürətləndirən genlər aktivdir. Kişilərdə isə əksinə qulaqcıq fibrilasiyası kimi ürək ritmi pozuntularına səbəb ola biləcək gen şəbəkələri daha fəaldır.

Alimlər donor insan ürəklərini araşdıraraq sinoatriyal düyünün hüceyrələrində ürək ritmini formalaşdıran və qoruyub saxlayan gen dəstlərini müəyyənləşdiriblər.

Onlar stimullaşdırma, maddələr mübadiləsi, iltihab və fibroz yenidən qurulma proseslərində iştirak edən genləri və yolları analiz edib, bu proseslərin bioloji cinsə görə fərqli şəkildə baş verdiyini müşahidə ediblər.

Tədqiqatın həmmüəllifi, Ohayo Ştat Universitetinin dosenti və tibb elmləri doktoru Nin Li bildirib ki, qadınlarda ürək ritmini sürətləndirən iki əsas gen — TBX3 və HCN1 daha yüksək səviyyədə aktiv idi. Kişilərin ürəyində isə, əksinə, iltihabla və kollagen istehsalı ilə bağlı gen şəbəkələrinin daha aktiv olduğu müşahidə olundu. Bu da ürəkdə elektrik siqnallarına təsir edərək aritmiya riskini artıra bilər.

Alimlərin sözlərinə görə, bu nəticələr gələcəkdə hər bir pasiyentin fərdi xüsusiyyətlərini nəzərə alan, daha fərdiləşdirilmiş ürək ritmi müalicə üsullarının inkişafına zəmin yarada bilər.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 May 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri