Qadınlarla bağlı vəziyyəti görmək üçün aparıcını İrana dəvət etdi
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran prezidenti Məsud Pezeşkian müsahibəsi zamanı Amerikanın "Fox News" telekanalının aparıcısı Marta Makkallumu İslam Respublikasına səfərə dəvət edib ki, bu ölkədə qadınların hüquqlarına necə riayət edildiyini öz gözləri ilə görsün.
"Unikal" xəbər verir ki, Pezeşkian aparıcının İranda qadın hüquqları ilə bağlı sualını cavablandırarkən deyib:
"Məncə, İrana səfər etmək sizin üçün əla olardı, çünki İran haqqında sizə göstərilənlər, Qərb kəşfiyyat agentliklərinin və başqalarının dedikləri İrandakı gündəlik həyat reallığından tamamilə uzaqdır".
O qeyd edib ki, İslam Respublikasında qadınlar bir çox azadlıqlardan istifadə edirlər.
"Hazırda İran hökumətində və administrasiyasında beş qadın çalışır və hazırkı hökumət onların hüquqlarını qorumağa və bərabərlik uğrunda mübarizəyə davam edəcək", - prezident əlavə edib.
Baxış sayı:59
Bu xəbər 28 Sentyabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















