Icma.az
close
up
RU
Qafar Çaxmaqlı: Ermənistanın bir neçə bölgəsində azərbaycanlılar kompakt halda yaşayıb

Qafar Çaxmaqlı: Ermənistanın bir neçə bölgəsində azərbaycanlılar kompakt halda yaşayıb

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ter-Petrosyanın etirafı onu göstərir ki...



Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünü əks etdirən videogörüntülərin yayılması ciddi rezonans doğurub. Tanınmış videobloqer Albert İsakovun “YouTube” kanalında yayımlanan videogörüntülərdə Ter-Petrosyanın Ağdamın işğalı ilə bağlı çıxışı və bir sıra etiraflar yer alıb. Video ilk dəfə internetdə yayılıb. Böyük ehtimalla bu videonu Paşinyanın ətrafı həm Ter-Petrosyanın özünü, həm də onun rəhbərlik etdiyi “Erməni Milli Konqresini” ifşa etmək üçün sızdırıb. Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Albert İsakovun təqdim etdiyi videogörüntülər isə Levon Ter-Petrosyanın bütün mahiyyətini ortaya qoyur. Ter-Petrosyan azərbaycanlıların Ermənistandan qovulmasını böyük uğur hesab edir və yalnız bundan sonra Ermənistanın müstəqil olduğunu sübut etməyə çalışır: “Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz milislərimizin işini təşkil etdik. Yaradılan silahlı dəstələr ordumuzun dayağı oldu. Beləliklə, biz hələ Ermənistan və Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl çox böyük təcrübə qazanmışdıq”. Ter-Petrosyanın sözlərinə görə, bu hərəkat sayəsində Ermənistan və Qarabağ erməni xalqının 600 il ərzində həll edə bilmədiyi bir problemi həll etdi: “Ermənistan və Qarabağ başqa millətlərdən (azərbaycanlılar nəzərdə tutulur ) tamamilə təmizlənib. Bir daha təkrar edirəm, bu, 600 illik problem idi. Erməni xalqı bundan daha 600 il sonra onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin, əgər bu gün Ermənistanda 1988-ci ilə qədər buradakı 170 min başqa millətdən (azərbaycanlı) insan olsaydı, bizim dövlətimiz olmazdı. Biz nə şimal, nə şərq rayonlarımızı, nə də Sevanı (Göyçə gölünü) qoruya bilərdik. Üstəlik, burada üç yeni problemlə üz-üzə qalacaqdıq. Unutmayın ki, üç bölgədə azərbaycanlılar çoxluq təşkil edirdi. Bunlar Vardenis (Basarkeçər), Masis (Uluxanlı) və Amasya rayonları idi. Azərbaycanlılar Zəngəzurda da çoxluq təşkil edirdilər. Nə yaxşı ki, bu problem vaxtında həll olundu. Bu, bizə göydən hədiyyə kimi gəlmədi. Bizim hərəkat bu problemi vaxtında həll etdi. Xalqımızın milli azadlıq mübarizəsi davam edir. Erməni milli hərəkatı və onun hərbi qanadı bizim “Yerkrapa” özünümüdafiə birləşmələrimizdir. Artsaxda da belədir. Bu gün Artsaxın bütün ərazisi və daha çoxu ermənilərin əlindədir. Bir şad xəbəri sizə çatdırmağı özümə borc bilirəm. Bu gün Ağdam şəhəri bizim əlimizə keçdi”. Ermənistanın birinci prezidenti etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. Əslində, Ermənistanda Basarkeçərdə, Uluxanlıda, Amasya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar. Ter-Petrosyanın yuxarıdakı sözləri Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı bəyanatıyla eynidir. Sarkisyan Xocalıda ermənilərin azərbaycanlı dinc əhaliyə qarşı qırğınlar törətdiyini faktiki olaraq etiraf edib.


Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın tarixi torpaqları üzərində qurulan Ermənistan dövlətinin ilk dövrlərində, yəni 1918-20-ci illərdə də yerli Azərbaycan türklərinin zorla yurdlarından çıxarılması, qovulması prosesi dövlət səviyyəsində həyata keçirilmişdi. Professor vurğulayıb ki, o zaman ermənilərin daxili işlər naziri Ruben Ter-Minasyan bu işə rəhbərlik etmişdi:

 "Ermənistan tarixində bu hadisələr "ən parlaq səhifə" kimi təbliğ olunur. Çünki Ruben Ter-Minasyanın başçılığı ilə Azərbaycan türkləri öz yurdlarından çıxarılmasaydı, o zaman erməni dövlətinin qurulması məsələsi çətinləşə bilərdi. Ona görə də azərbaycanlıların doğma yurdlarından zorla çıxarılması dövlət siyasəti olaraq reallaşdırıldı. Azərbaycan türkləri indiki Ermənistandan çıxarılaraq dünyanın başqa yerlərində yaşayan ermənilər ölkəyə gətirildi. Nəticədə Ermənistanda ermənilərin sayını azərbaycanlılardan daha çox hala gətirdilər. Eyni prosesi SSRİ-nin dağılması dönəmində, hələ Ermənistan müstəqil dövlət olmadığı zamanda Qarabağ Komitəsi artıq həyata keçirməyə başlamışdı. Ter-Petrosyanın etirafı da bununla bağlıdır. Onlar azərbaycanlıların, xüsusən, Göyçədə, Zəngəzurda, Zəngibasarda və Amasyada yaşayan türklərin sayca böyük çoxluğunu heç cür həzm edə bilmirdilər. Onlar gələcəkdə bunu erməni dövləti üçün təhlükə sayırdılar. Məqsəd Azərbaycan türklərini Ermənistandan qovmaq və onların yerini Azərbaycandan gedən erməniləri yerləşdirmək idi. Bununla ermənilərin ölkədə sayının çoxaldılmasına nail olmaq niyyəti güdürdülər". 


Q.Çaxmaqlı diqqətə çatdırıb ki, azərbaycanlıların Ermənistanda qalıb yaşaması erməni dövlətinin monoetnik fəaliyyətinə ciddi mane idi və bu əngəli aradan qaldırmaq lazım idi:

 "Xüsusən Azərbaycanla sərhəd bölgələrdə, Göyçədə, Zəngəzurda bu işi planlı şəkildə həyata keçirdilər. Çünki ölkədə başqa xalqın nümayəndələrinin, ələlxüsus azərbaycanlıların qalması İrəvanın həyata keçirdiyi siyasətə maneçilik törədəcəkdi. Bu siyasətin etirafı bizim üçün çox önəmlidir. İndiki halda Azərbaycan türklərinin indiki Ermənistana, öz-dədə baba yurdlarına geri dönüşü məsələsini ortaya qoymuşuq. Bu etiraf da əslində göstərir ki, orada bizim əhali kompakt halında bir neçə bölgədə yaşayıb. Təbii olaraq Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımız öz dədə-baba yurdlarına geri dönmək istəyirlər. İrəvanı qorxuya salan da məhz budur. Digər məqam odur ki, ermənilər sadəcə indiki Ermənistan ərazisini deyil, 30 il ərzində işğal altında saxladıqları Qarabağ və ətraf bölgələrdə azərbaycanlıları soyqırıma məruz qoymaqla, öz yurdlarından didərgin salmaqla Yaxın Şərqdən gələn erməniləri bizim torpaqlarımızda məskunlaşdırmaq istəyirdilər. İşğal müddətində Suriya, Livan və digər bölgələrdən xeyli erməni Qarabağa köçürülmüşdü. Bu məlumatlar ATƏT-in faktaraşdırıcı missiyasında öz əksini tapmışdı. Şükürlər olsun ki, ermənilərin bu niyyətinin reallaşmasına imkan vermədik, torpaqlarımızı işğaldan azad edərək, suverenliyimizi bərpa etdik". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Yanvar 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see190

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see182

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see175

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see162

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see152

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see138

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see138

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see136

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see134

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see130

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see130

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see122

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see121

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see120

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see119

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see119

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri