Icma.az
close
up
RU
Qafar Çaxmaqlı: Həqiqi sülh üçün iki xalqın bir biri ilə barışması şərtdir

Qafar Çaxmaqlı: Həqiqi sülh üçün iki xalqın bir biri ilə barışması şərtdir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndaş cəmiyyətləri sülhü sürətləndirir

 

Erməni nümayəndələrindən ibarət qrup Bakıya gəldi

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər. Noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Bakıya gələn Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan daxildir. Bu məqsədlə Ermənistan hökuməti İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün təxminən 18 milyon dram ayırıb. Müvafiq qərar Ermənistan hökumətinin iclasında qəbul edilib. Erməni ekspertlərin səfəri 21-22 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilib. Dəyirmi masada iştirak Ermənistanla Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmasların intensivləşməsinə və iki dövlətin cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi mexanizmlərinin formalaşdırılmasına imkan verəcək. Belə görüşlər təkcə diplomatik masada deyil, həm də ictimai səviyyədə sülhə dəstəyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında etimadın möhkəmləndirilməsi prosesinin artıq siyasi dairələrlə məhdudlaşmaması, cəmiyyətlərin birbaşa ünsiyyət qurmağa başlaması yeni mərhələnin başlanğıcını göstərir. Bakı ilə İrəvan arasında çarter reyslərin həyata keçirilməsi bu prosesi rəmzi mənada tamamlayır. İllərlə davam edən düşmənçilik atmosferindən sonra bu cür addımlar xalqlar arasında real ünsiyyətin və qarşılıqlı inamın bərpasına yönəlib. Ən önəmlisi budur ki, bu təşəbbüslər Qərbin vasitəçiliyi və ya diktəsi olmadan baş verir. Uzun illər ərzində Qərb institutları bölgədə “sülh təşəbbüskarları” rolunda çıxış edərək prosesə öz maraqlarını daşıyırdı. İndi isə Azərbaycan və Ermənistan öz iradələri ilə, heç bir kənar müdaxilə olmadan etimad quruculuğu istiqamətində real addımlar atırlar. İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri heç bir xarici vasitəçi olmadan, birbaşa ünsiyyət formatında bir araya gəlirlər.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq yekun sülh sazişini real və dayanıqlı barışığa çevirmək üçün vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqəsi, görüşü və təması olduqca vacibdir. Alim vurğulayıb ki, ictimaiyyət nümayəndələri arasındakı təmaslar iki xalqı həqiqi sülhə doğru aparacaq əsas faktorlardan biridir:

"O baxımdan İrəvanda və ardınca Bakıda bu cür görüşlərin təşkil edilməsi ümumi sülh prosesinə ciddi töhfədir. Hələ sülh sənədi paraflanmazdan öncə fikirlər var idi ki, vətəndaş cəmiyyətinin nümayəndələri bir-biri ilə görüşsünlər, media da bu işə xüsusi diqqət ayırsın. Hətta münaqişə dövründə də bənzər təşəbbüslər edilmişdi. 2001-ci ildə Azərbaycandan bir heyət Ermənistana getmişdi və o heyətin tərkibində mən də var idim. Amma həmin dövrdə bu metodun işləməsi mümkünsüz idi. Torpaqlarımız işğal altındaydı. Təbii ki, ərazilərimizi düşməndən təmizləmədən iki xalq arasında əməkdaşlıq formatının müsbət nəticə verməsi gözlənilə bilməzdi. İndi vəziyyət tamam başqadır. Torpaqlarımız azaddır, suverenliyimiz tam bərpa olunub və yekun sülh sazişinin imzalanması an məsələsidir. Yaxın zamanda ehtimal ki, yekun sənədə imza atılacaq. Bu mənada vətəndaş cəmiyyətləri institutlarının əlaqələrinin yenidən bərpasına və daha intensiv şəkildə münasibətlərin qurulmasına ehtiyac yaranıb".

Q.Çaxmaqlı diqqətə çatdırıb ki, Ermənistan hökumətinin prosesə xüsusi diqqət ayırması və maliyyələşdirməsi də göstərir ki, İrəvan vətəndaş cəmiyyətlərinin təmaslarını önəmsəyir:

"Ermənistan QHT nümayəndələri arasında Azərbaycanı yaxşı tanıyan, dilimizi bilən, əlaqələrin qurulmasında səmimi olanlar var. Hətta erməni türkoloqlar da belə görüşlərdə iştirak edə bilərlər. Hesab edirəm ki, bu, çox yaxşı bir formatdır. Gələcəkdə media nümayəndələri də qarşılıqlı səfərlər edə bilərlər. Xalqlar arasında təmaslar olmasa, həqiqi barışıqdan söhbət gedə bilməz. Yekun sülh sənədi iki dövlətin iradəsi olsa da, ümumi və tam barışıq sayılmır. Sülh üçün iki xalq da bir-biri ilə barışmalıdır. İki qonşu dövlət və xalq arasında əməkdaşlıq zəruridir, qaçılmazdır. Erməni mətbuatının yazdığına görə, eyni format Türkiyə ictimaiyyəti ilə də həyata keçiriləcək. Bunun effektli olacağı və intensivləşəcəyi qənaətindəyəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri