Icma.az
close
up
RU
Qafqaz dağlarından Berlinə, Reyxstaqa qədər uzanan yol

Qafqaz dağlarından Berlinə, Reyxstaqa qədər uzanan yol

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə il əvvəl 92 yaşında dünyasını dəyişmiş İkinci Dünya müharibəsinin veteranı Şahbaz Hüseynov Yardımlının Deman kəndindən idi. Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş həmyerlimiz hələ müharibə vaxtı “Qırmızı Ulduz” ordeninə layıq görülüb. Sonra sinəsini aldığı digər çoxsaylı təltiflər bəzəyib. Onun haqqında filmlər çəkilib, kitablar yazılıb.

“Xalq qəzeti”nin Cənub bölgəsi üzrə müxbiri işlədiyim zaman Şahbaz əmi ilə mən də görüşüb, maraqlı xatirələrini dinləmişəm. Elə söhbət açmaq istədiyimiz epizodu da o danışıb.

Müharibənin sonuncu günü Reyxstaq üzərinə qələbə bayrağının rus Mixail Yeqorovla gürcü Meliton Kantariya tərəfindən sancılmasını hamımız xronikal-sənədli filmlərdə görmüşük. Müharibə tarixini yazan sovet alimləri də bunu əsas götürərək tarixi, bir növ, saxtalaşdırıblar. Halbuki, Şahbaz Hüseynovun iddiasına görə, son hücumlar zamanı öndə gedən 40-cı korpusun əlahiddə avtomat-qırıcı batalyonunun kəşfiyyatçıları ilə azərbaycanlı leytenant Mirzə Hüseynovun taqımı girib. İtkilər hesabına olsa da, onlar axıradək irəliləyiblər və Reyxstaqın gümbəzinə ilk olaraq bayraq əvəzi qırmızı parçanı məhz soydaşımız asıb. Xüsusi hazırlanmış qələbə bayrağının asılması sonra təşkil olunub.

Əlbəttə, söyləniləni sübut etmək indi son darəcə çətindir, amma düşünmək üçün əsas verən faktlardır. Stalinin öz gürcüsü Kantariya, cəbhə komandanı, marşal Jukovun öz rusu Yeqorovun tarixə “salınması”, yəqin ki, şovinist-ideoloji mülahizələrə, sovet konyukturasına görə daha məqsədəuyğun sayılıb. Çünki bu, gürcü əsilli ali baş komandanın başçılıq etdiyi rus ordusunun qələbəsi kimi dünyaya təqdim edilməli idi. Təəssüf ki, ara yerdə Qərbi Azərbaycanın Vedi mahalından olan igid leytenant Mirzə Hüseynov bada gedib. 4 il vuruşub, heç bir düşmən gülləsinə tuş gəlməyb, amma uğrunda döyüşdüyü hökumətin zabitinin gülləsinin qurbanı olub.

Onun döyüş dostu Şahbaz Hüseynovun dediklərindən: “May ayının 6-da günortadan sonra Biz Reyxstaqa ilk daxil olanda bir anlığa Mirzəni itirdim. Hara getdiyini bilmədim. Damət Verdiyev adlı döyüşçü dostum yanımda idi. Birdən o qayıtdı ki, “Şahbaz, bir sən ora bax”, – və Reyxstaqın gümbəzini göstərdi. Nə görsəm yaxşıdır? Komandirimiz Mirzə Hüseynov qırmızı bir parçanı qələbə bayrağı kimi Reyxstaqın günbəzinə sancır. Ora haradan, necə çıxmışdısa, xəbərimiz olmamışdı. O, bayrağı bərkidəndən sonra yalnız “Pobeda” sözünü deyə bildi. Sovet zabitlərindən biri Mirzə Hüseynovu güllələdi. O, əvvəlcə gümbəzin üstünə, oradan da sürüşüb yerə yıxıldı. Özümüzü ona yetirəndə artıq gec idi...

Gücümüz komandirimizi dəfn etməyə çatdı. Bir də gördük ki, hardansa Yeqorovla Kantariyanı gətirib çıxartdılar Reyxstaqın gümbəzinə, lentə aldılar, şəkillərini çəkdilər. Sonra da hər ikisinə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Beləliklə də, əsl həqiqət saxtalaşdırıldı”.

Şahbaz Hüseynov dostunu əsl qəhrəman kimi xarakterizə edirdi. Onun 1919-cu ildə Vedidə doğulduğunu, ucaboy, enlikürək, qara, kərpici bığlı, yaraşıqlı bir oğlan olduğunu və müharibə başlanmamışdan 2 ay əvvəl evləndiyini bildirirdi. “Olduqca etibarlı, istiqanlı, mehriban komandir idi. 30–40 dərəcə şaxtada o qədər kürək-kürəyə verib soyuqdan qorunmuşuq ki. Bir dəfə də, məndən, Daməddən soruşdu ki, ac deyilsiniz? Və cibindən bir qənd çıxardıb üç yerə böldü. Hayıf ondan...”

Yardımlıdan olan igid döyüşçü Şahbaz Hüseynov isə 1924-cü ildə bu rayonun Deman kəndində anadan olub, 1942–45-ci illərdə müharibədə iştirak edib. Uzun illər rayon Veteranlar şurasının sədri kimi gənclərin vətənpərvərlik tərbiyəsi naminə çalışıb. Yarım əsrdən çox Çayüzü kəndində əvvəl fizika-riyaziyyat müəllimi, Qarabağ hadisələri başlayandan sonra isə hərbi hazırlıq müəllimi işləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri