Icma.az
close
up
RU
Qafqaz dağlarının övladları və qazax çölləri: Türküstanda Azərbaycan icmasının tarixi

Qafqaz dağlarının övladları və qazax çölləri: Türküstanda Azərbaycan icmasının tarixi

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Astana, 30 sentyabr, AZƏRTAC

Keçən əsrin 30-cu illərində on minlərlə azərbaycanlı zorla Qazaxıstan çöllərinə köçürüldü. Həmin köçdən demək olar ki, bir əsr ötüb. Bu uzaq diyarda onların adət-ənənələrindən və mədəniyyətindən günümüzdə nələr qalıb? Məni gözləyən kəşflərdən xəbərsizdim və bu sualın cavabını Qazaxıstanın Türküstan bölgəsində axtardım.

Türküstana bilet almalıydım, amma onu Çimkəndə götürdüm. Məsələ burasındadır ki, azərbaycanlıların əksəriyyəti Türküstan vilayətinin Çimkəndə daha yaxın olan Sayram rayonunda yaşayır.

Səhərə yaxın bu rayona gəldim. Hava limanından çıxdım və diqqətimi cəlb edən ilk şey Azərbaycanı xatırladan şəxsi evlər və isti iqlim oldu.

İcma ilə tanışlığım onun sədri Ramilə Mustafayeva ilə başladı. Onun əcdadları Azərbaycanın Ağdam rayonundandır. Ramilə Qazaxıstanda böyüyüb və yaşayıb. O, Azərbaycan dilindən əlavə qazax, özbək və rus dillərini mükəmməl bilir.

Azərbaycan icması ilə görüşdükdən sonra Sayram rayonundan Dostluq Evinin yerləşdiyi Türküstan şəhərinə yollandıq.

Dostluq Evində bu rayonda yaşayan hər bir millətin öz otağı var. Azərbaycan icmasının otağına daxil olanda, sözün həqiqi mənasında təəccübləndim: xalçalar, milli geyimlər, armudu stəkanlar – burada hər şey ölkəmizdə olduğu kimidir.

Ramilə xanım onları böyük həvəslə göstərirdi, icmanın başa çatdırdığı layihələrdən, fəaliyyət istiqamətlərindən danışırdı. İşini sevdiyi aydın idi. Həmin məqamda anladım: icmaya məhz belə bir adam rəhbərlik etməlidir.

Həmsöhbətim deyirdi: “Bizim bazar günü məktəbimiz var və mən orada uşaqlara əl işləri yaratmağı, Novruz şənlikləri üçün bayram səbətləri hazırlamağı, milli naxışlarla qədəhləri bəzəməyi öyrədirəm”.

Məlum oldu ki, onun vətənpərvərliyi irsidir. 1990-cı illərdə - Azərbaycan ağır vəziyyətdə olanda, Ramilənin atası bütöv bir “KamAZ” yük maşını ilə ərzaq məhsulları yığıb Azərbaycana gətirirdi.

“Torpaqlarımız işğaldan azad ediləndən sonra Şuşada olduq. Bu doğma şəhərdə hələ də Qarabağda olduğuma inana bilmirdim, gözümdən yaş axırdı”, -deyə Ramilə xanım hisslərini bölüşür.

Buradakı bir çoxları kimi, onun da ailə tarixçəsi mürəkkəbdir. Ramilə xanımın əcdadları hələ 1930-cu illərdə Qazaxıstana sürgün ediliblər. Lakin onların nəsli dilimizi, adət-ənənələri, mahnıları, mədəniyyətimizi qoruyub saxlayıb.

Bu hadisələrdən, icmanın bugünkü həyatından bəhs edən “Biz Qafqaz dağlarının və qazax çöllərinin övladlarıyıq” adlı kitab yazılıb. Həmin nəşr Qazaxıstana sürgündən, həmin dövrdə soydaşlarımızın keçirdiyi ağır günlərdən, azərbaycanlıların bu torpaqdakı hazırkı taleyindən bəhs edir.

Burada bir neçə il əvvəl Türkiyənin Qars şəhərinə səfərimi xatırladım. Orada “qırmızı terror”dan xilas olmaq üçün öz vətənlərini tərk etmiş azərbaycanlılarla görüşmüşdüm.

Bunlar fərqli - qaçış və sürgün şəraitində baş verən hadisələrdir. Amma nəticə eynidir: hər iki yerdə insanlar azərbaycanlı kimliyini qoruyub saxlayıblar.

Həmin səfərdən əldə etdiyim qənaət də budur: Bakıda, Qarsda və ya Türküstanda yaşamalarından asılı olmayaraq, azərbaycanlılar hər yerdə öz ana dillərini, adət-ənənələrini əziz tuturlar. Azərbaycan onu sevən insanların qəlblərində yaşayır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri