Icma.az
close
up
RU
Qafqaz İslam Ordusunun Bakıya gəlişi və xilaskar missiyası Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir

Qafqaz İslam Ordusunun Bakıya gəlişi və xilaskar missiyası Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


XX əsrin əvvəllərində Cənubi Qafqaz siyasi qarışıqlıq və müharibələr meydanına çevrilmişdi. Birinci dünya müharibəsinin təsiri, imperiyaların dağılması və milli hərəkatlar bölgədə mürəkkəb vəziyyət yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə elan olunsa da, paytaxt hələ də Bakı ola bilmirdi, çünki şəhər bolşevik-daşnak qüvvələrinin nəzarətində idi.
1918-ci il mart hadisələrində Bakı Sovetinin rəhbərliyi altında daşnak silahlı dəstələri on minlərlə azərbaycanlını qətlə yetirdi. Tarixə “Mart soyqırımı” kimi düşən bu hadisə Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxdı. Qanlı qırğınlar nəticəsində əhali ciddi təhlükə ilə üz-üzə qaldı. Belə bir şəraitdə Azərbaycan hökuməti xalqı məhv olmaqdan xilas edə biləcək güclü dəstəyə ehtiyac olduğunu duyurdu.
Azərbaycan hökuməti Osmanlı dövləti ilə hərbi-siyasi əməkdaşlığa başladı. İmzalanan müqaviləyə əsasən, Azərbaycanı müdafiə etmək üçün xüsusi hərbi birlik yaradıldı. Bu birlik Qafqaz İslam Ordusu adını aldı və Nuru Paşanın komandanlığı altında fəaliyyətə başladı. Ordunun tərkibində həm Osmanlı dövlətindən gələn türk əsgərləri, həm də azərbaycanlı könüllülər var idi. Bu, türklərin və azərbaycanlıların birgə mübarizəsinin rəmzi idi.
Qafqaz İslam Ordusu 1918-ci ilin yayında Gəncədən Bakıya doğru hərəkətə başladı. Yol boyu Şamaxı, Göyçay, Kürdəmir, Salyan, Lənkəran, Quba və digər bölgələrdə ağır döyüşlər aparıldı. Yerli əhali bu orduya böyük dəstək göstərirdi. Çətin və qanlı mübarizələrdən sonra 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak qüvvələrindən azad etdi. Bu döyüşlərdə minlərlə türk və azərbaycanlı əsgər şəhid oldu.
Bakının azad olunması nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü və dövlət quruculuğu üçün geniş imkanlar yarandı. Türk və azərbaycanlı qardaşlığı daha da möhkəmləndi.
Qafqaz İslam Ordusu Azərbaycan xalqını məhv olmaq təhlükəsindən qurtardı və müstəqil dövlətin möhkəmlənməsinə, xaıqın azadlığa qovuşmasina dəstək oldu. Bu tarixi gün həm türk, həm də Azərbaycan xalqının qardaşlıq və həmrəylik nümunəsi kimi yaddaşlarda əbədi iz buraxdı.
Zaman-zaman imperiyanın sərt siyasi-ideoloji xətti bu günü unutdurmağa, hətta Qafqaz İslam Ordusunu işğalçı bir ordu kimi qələmə verməyə çalışmış, Azərbaycanın ictimai fikrinə saxtalaşdırdığı tarixi sırımağa cəhd göstərmişdi. Lakin sevindirici haldır ki, imperiyanın bu mənfur siyasəti heç də məntiqi nəticəsinə çatmamış, sovetlərin dağılmasından sonra digər ittifaq ölkələri kimi Azərbaycanın da müstəqilliyə qovuşması bir çox tarixi gerçəkliklərin üzə çıxmasına səbəb olmuşdu. Belə gerçəkliklərdən biri Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasının yenidən xalqın yaddaşlarında təzələnməsi, bu əhəmiyyətli tarixi günün Azərbaycanımızda qeyd edilməsi idi.
Təvazökarlıqdan uzaq olaraq qeyd etmək istəyirəm ki, Nuru Paşanın xilaskarlıq missiyasının Azərbaycanımızda geniş təbliğ olunması, Qafqaz İslam Ordusunun bolşevik-daşnak birləşmələrinə qarşı apardığı rəşadətli mübarizənin vətəndaşlarımıza yaxından çatdırılmasında rəhbərlik etdiyim Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) müstəsna xidmətləri olub. Müstəqillik illərindən, xalqın öz tarixi keçmişinə qayıdışı və onu mənimsəməsindən sonra dövlət və onun ayrı-ayrı qurumları ilə bərabər, ATXƏM də yarandığı gündən qeyri-hökumət təşkilatı olaraq hər il məhdud səviyyədə də olsa 15 sentyabr, Bakının işğaldan azad olunmasını qeyd edib, bu günün tarixi əhəmiyyətini bir daha xalqa çatdırıb. Zaman keçdikcə isə həm keçirilən tədbirlərin əhatə dairəsi, həm də iştirakçıların sayı genişlənib, 15 sentyabr tarixi sözün həqiqi mənasında bayram kimi qeyd edilməyə başlanılıb.
Azərbaycanda bu əlamətdar hadisənin nəinki dövlət qurumları, eləcə də QHT-lər səviyyəsində qeyd edilməsi ölkə hüdudlarından kənarda da diqqət çəkib, maraq oyadıb. Bu baxımdan ATXƏM-lə qardaş Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin (İSTAD) birgə fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Belə ki, ATXƏM İB illər boyu Səfər Karakoyunlunun rəhbərliyi altında İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ilə birlikdə bu əlamətdar hadisəni həm mətbuata çıxartdı, həm da bayram kimi qeyd elədi. İndi artıq Qafqaz İslam Ordusunun Bakını azad etməsi geniş ictimaiyyət səviyyəsində qeyd olunur, hətta dövlətlər səviyyəsində anılır, dilə gətirilir.
Məhz aparılan məqsədyönlü iş, dövlətin və qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyəti nəticəsində bu gün artıq hər bir azərbaycanlı Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşanı böyük hörmət və ehtiramla yad edir, onun xilaskarlıq missiyasından danışır, 107 il əvvəl Bakını bolşevik-daşnak birləşmələrindən azad edən o böyük sərkərdənin xatirəsini əziz tutur. 2018-ci ilin 15 sentyabrında, Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə Azərbaycan paytaxtında iki qardaş ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən hərbi parad zamanı Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının keçidinin coşqu ilə qarşılanması bunun əyani sübutu idi. Bu həm də 100 il sonra Qafqaz İslam Ordusunun rəmzi olaraq Bakıya gəlişi idi. Eyni zamanda 2 il sonra başlayacaq (Ermənistanın sürətlə silahlanması, yeni ərazi iddiaları belə bir təhlükəni qaçılmaz edirdi. İ.İ) İkinci Qarabağ Müharibəsində Azərbaycana ediləcək qardaş dəstəyinin göstəricisiydi. Necə ki, 44 günlük Vətən Müharibəsində biz bunun şahidi olduq və qardaş Türkiyənin mənəvi dəstəyi ilə işğal altında olan torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etdik. Bu bir daha onu göstərdi ki, istər xoş günlərdə, istərsə də ən çətin anlarda Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olub.
ATXƏM İB-nin sədri
İlham İsmayılov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Sentyabr 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri