Icma.az
close
up
RU
Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj Elə bir prosesə start verilir ki...

Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj Elə bir prosesə start verilir ki...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Müdafiə Nazirliyi avqustun 12-dən 20-dək ölkə ərazisində ABŞ-la birgə hərbi təlimlərin keçiriləcəyini açıqlayıb. Bu təlimlər Qafqaz regionunda geosiyasi balansın dəyişdiyi, Rusiya-Ermənistan münasibətlərinin isə gərginləşdiyi bir dövrə təsadüf edir. Bildirilir ki, Vaşinqtonla İrəvan arasında hərbi əməkdaşlığın güclənməsi Moskvanın ciddi narahatlığına səbəb ola bilər.

Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi regionda hansı yeni güc balansını formalaşdıra bilər? Bu, Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu proses Cənubi Qafqazda güc balansının dəyişdiyini göstərən əlamətdar bir hadisə kimi dəyərləndirilə bilər:

“Bu addım İrəvanın son dövrlərdə artan şəkildə Qərbə yönəldiyini, xüsusilə də Rusiyaya olan ənənəvi asılılığını zəiflətmək istədiyini nümayiş etdirir. ABŞ-la keçirilən təlimlər sadəcə hərbi texniki əməkdaşlıq deyil, həm də siyasi mesaj xarakteri daşıyır və Ermənistanın təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq niyyətindən xəbər verir. Bu prosesin İrəvan-Moskva  münasibətlərinə təsiri qaçılmazdır. Kreml Ermənistanın Qərblə hərbi yaxınlaşmasını öz nüfuz dairəsində strateji zəifləmə kimi qəbul edir. Rusiya üçün bu, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki öhdəliklərinə sadiqliyini sual altına almağa əsas verir. Üstəlik, Rusiya Ukrayna müharibəsində ciddi resurs itkiləri fonunda öz müttəfiqlərinin Qərbə yönəlməsini zəiflik əlaməti kimi görür”.

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, bu cür təlimlər Ermənistanın qonşularına, xüsusilə Azərbaycan və İrana da müəyyən siqnallar göndərir:

“Vaşinqtonun regionda hərbi praqmatik maraqlarının güclənməsi, xüsusilə İranla sərhəddəki sabitlik baxımından da izlənilir. Beləliklə, ABŞ-Ermənistan təlimləri təkcə iki ölkənin münasibətlərini dərinləşdirmir, həm də Qafqazın geosiyasi səhnəsində yeni konfiqurasiyaların yaranmasına təkan verir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Avqust 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri