Icma.az
close
up
RU
Qafqazda siyasi sabitlik üçün Türkiyə, Gürcüstan və Azərbaycan münasibətləri çox əhəmiyyətlidir İbrahim Tellioğlu

Qafqazda siyasi sabitlik üçün Türkiyə, Gürcüstan və Azərbaycan münasibətləri çox əhəmiyyətlidir İbrahim Tellioğlu

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumətlərarası İqtisadi Komissiyasının 10-cu sessiyasında bildirib ki, rəsmi Tiflis Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət verir:

“Şübhəsiz ki, qeyd olunan mexanizmin müxtəlif istiqamətlərdə uğurlu işləməsi ümumi maraqlarımıza daha da çox fayda gətirəcək. Ölkələrimiz müdafiə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, səhiyyə, turizm, gömrük sahələrində sıx əməkdaşlıq edir. Biz bu sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğumuzu bildiririk".


Kobaxidzenin açıqlamasını "Sherg.az"a şərh edən türkiyəli tarixçi-alim, 19 May Universitetinin professoru İbrahim Tellioğlu deyib ki, qloballaşan dünyada regional sabitlik böyük bir önəmə sahibdir:


"Qara Dənizin şimalındakı Ukrayna-Rusiya müharibəsi, eyni şəkildə Suriyadakı müharibənin regiona mənfi təsirləri hər kəsə məlumdur. Bu baxımdan, Qafqazda siyasi sabitliyin olması üçün Türkiyə, Gürcüstan və Azərbaycan münasibətləri çox əhəmiyyətlidir. Sovet İttifaqının dağılmasından bəri Gürcüstan, Türkiyə və Azərbaycan ilə həm siyasi, həm də iqtisadi sahələrdə möhkəm bağlar quraraq, Ermənistanla müqayisədə öz əhəmiyyətini daha da artırıb. Ümumiyyətlə Gürcüstan coğrafi olaraq Orta Asiya, Qafqaz və Avropa arasında strateji bir mövqedə yerləşir. Az öncə də qeyd etdiyim kimi rəsmi Tiflis bu üstünlüyünü dostluq əlaqələrini gücləndirərək öz xeyrinə çevirməyi bacarıb. Xüsusilə Ukrayna müharibəsindən sonra ticarət mallarının böyük bir hissəsi Gürcüstan üzərindən daşınır.  Bu mənada Gürcüstan mühüm bir logistika mərkəzinə çevrilib". 


Ekspert əlavə edib ki, 44 günlük Vətən Müharibəsi zamanı, İranın özünü İslam dövləti adlandırmasına baxmayaraq məscidlərdə donuz saxlayan Ermənistanın tərəfində yer alarkən, Gürcüstan regional əməkdaşlığı davam etdirmək məqsədiylə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib və müharibə zamanı Ermənistanın yardım göndərən Rusiya silahlarının Gürcüstandan keçməsinin qarşısını alıb:

"Həmin dövrdə Rusiya Müdafiə Nazirinin Gürcüstanı açıq şəkildə təhdid etməsinə baxmayaraq, rəsmi Tiflis bu mövqeyindən geri çəkilməyib. Mədəniyyətlərarası münaqişəsinin hakim olduğu bir dünyada, Türkiyə, Gürcüstan və Azərbaycan Mədəniyyətlərarası Uzlaşma Nəzəriyyəsinin canlı bir nümunəsini təşkil edir. Üç ölkə arasındakı güclü münasibətlər, Cənubi Qafqazda sülhsevər bir mühitin yaranmasına mühüm töhfələr verib. Bunun digər ölkələrə də yayılması halında, region xalqları və ölkələri, xarici müdaxiləyə ehtiyac olmadan öz məsələlərini həll etmək qabiliyyətinə sahib ola bilər. Hesab edirəm ki, Gürcüstanın regional sabitlik istiqamətində atdığı addımlar uzun müddət Qafqaz regionunda daha balanslı və müstəqil bir mühitin yaranmasına töhfə verəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri