Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Qafqazdan digər dünyaya açılan qapı: Ən dərin mağara və onun unikal ekosistemi

Qafqazdan digər dünyaya açılan qapı: Ən dərin mağara və onun unikal ekosistemi

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Qafqazın Arabika massivində gizlənmiş Veryovkina mağarası dünyanın ən dərin mağaralarından biri hesab olunur. Hazırlıqsız insanlar üçün buraya enmək ölümcül risk daşıyır və sağ qalmaq şansı demək olar ki, yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə Ratqers Universitetinin təkamül biologiyası üzrə mütəxəssisi Skott Trevers "Forbes" nəşrindəki məqaləsində danışıb.

Ən dərin nöqtəyə enmək onilliklər çəkib

Veryovkina mağarasının maksimal dərinliyi 2212 metrdir. Bu həddə çatmaq üçün təxminən 30 ekspedisiya və onilliklər tələb olunub.

Treversin bildirdiyinə görə, mağara ilk dəfə 1968-ci ildə rusiyalı speleoloqlar tərəfindən kəşf edilib. Lakin uzun müddət yetərincə araşdırılmayıb. Yalnız 2000-ci illərdə "Perovo-Speleo" komandası mağara üzərində yenidən işə başlayıb və onun əsl dərinliyini kəşf edib.

Trevers vurğulayıb ki, Veryovkina mağarasına enmək son dərəcə çətin sınaqdır. Burada dik şaxtalar, dərin uçurumlar və klaustrofobik dar keçidlər labirint yaradır. Hər bir yeni hissə yaxşıca öyrənilmədən eniş mümkün deyil.

Mağarada sağ qalmaq mümkün deyil

Mağaranın təhlükəsi hər ekspedisiyada özünü göstərir. Təəssüf ki, bura enən hər kəs geri qayıda bilməyib.

2018 və 2021-ci illərdə mağarada iki rus speleoloqunun cəsədləri tapılıb. Onlardan biri güclü sel nəticəsində, digəri isə hipotermiyadan (bədənin həddindən artıq soyuması) həyatını itirib.

2018-ci ilin sentyabrında isə "Perovo-Speleo" komandası, o cümlədən "National Geographic" fotoqrafı Robbi Şoun, mağaranın qəfil sel basması nəticəsində ölümdən çətinliklə xilas ola bilib.

Tamamilə qaranlıqda yaşayan qeyri-adi canlılar

Veryovkina mağarasını unikal edən təkcə onun dərinliyi deyil. Burada tam qaranlığa və ekstremal soyuğa uyğunlaşmış nadir canlılar yaşayır.

Ən qəribə mağara sakinləri

Plutomurus ortobalaganensis – gözləri olmayan və uzun bığcıqları olan bir həşərat. İlk dəfə 1980 metr dərinlikdə, qonşu Krubera mağarasında tapılıb. O, mikroskopik göbələklərlə qidalanır.

Xiphocaridinella demidovi – bitkilərin olmadığı mühitdə yaşaya bilən mağara kreveti. Suyun gətirdiyi üzvi materiallarla qidalanır.

Duvalius abyssimus – görmə qabiliyyətini və piqmentasiyanı itirmiş böcək. Yalnız toxunma və iy bilmə hissi ilə hərəkət edir.

Heterocaucaseuma deprofundum – dünyada ən dərin mağarada yaşayan qırxayaq növü.

Trevers qeyd edib ki, bu canlılar demək olar tamamilə səthdən təcrid olunmuş bir ekosistemdə yaşayır. Alimlər düşünür ki, bu ekosistemin öyrənilməsi, Mars və Yupiterin buzla örtülü peyklərində həyat ehtimalına dair ipucları verə bilər.

Veryovkina mağarası təkcə yerin ən sirli yerlərindən biri deyil, həm də Yer kürəsindən kənarda həyatın necə ola biləcəyini başa düşmək üçün bir açardır.

Qeyd edək ki, Veryovkin Gürcüstanın şimal-qərbində, Qərbi Qafqazın Qaqra silsiləsindəki mağaradır. Mağara Abxaziyanın Arabika yayalasında yerləşir. Mağarının öyrənilən hissəsinin dərinliyi 2017-ci ildə toponomik çəkilişlər nəticəsində müəyyənləşdirilib - 2204 metr. Bu göstərici ilə o Krubera mağarasını 7 metr üstələyib. Rekord göstərici sifon keçidləri nəzərə almadan qeydə alınlb. 2018-ci ilin martında həyata keçirilən ekspedisiyada Sonuncu Nemo dayanacağı sifon gölünün dərinliyi də ölçülmüş və ümumi dərinliyə 8 metr əlavə olunub - 2212 metr. Mağaraya olan yeganə giriş 3X4 ölçüsündə olub Krepost dağı ilə Zont dağı arasında olan aşırımda yerləşir. Giriş quyusunun dərinliyi 32 metrdir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri