QAİ Polşa prezidentinin AzərbaycanErmənistan şərti sərhədinə səfərini pisləyib
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qərbi Azərbaycan İcması (QAİ) Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi ilə bağlı dərin narahatlığını ifadə edir.
Missiya.Az xəbər verir ki, bu barədə icmanın bəyanatında qeyd edilib.
"Dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul etdiyi ərazilərin əksəri biz Qərbi azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş yurd yerləridir. Təəssüf ki, bununla bağlı Avropa İttifaqına etdiyimiz müraciətlər cavabsız qalıb", - bəyanatda vurğulanıb.
Bəyanatda "ermənilərin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində öz torpaqlarında dinc şəraitdə yaşamasını istərdik” deyən Polşa prezidentinə xatırladılıb ki, Azərbaycan əraziləri işğal altında olarkən İcma Polşanın Azərbaycana münasibətdə belə bəyanatlarının şahidi olmayıb. "Polşa prezidentinin ölkəsinin “Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi” ilə bağlı verdiyi açıqlamasına dair isə bildiririk ki, rəsmi Varşavanın özünün qonşuları ilə kifayət qədər problemləri var və Polşa öz problemlərinin həlli ilə məşğul olsaydı, daha məntiqli olardı.
Biz Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq. Ermənistan isə başa düşməlidir ki, “binokl diplomatiyası” kimi ucuz şoularla, Luis Okampo, Qreta Tunberq kimi avantüristlərə “yeni xilaskar” gözü ilə baxmaqla Cənubi Qafqazda sülhə nail olmaq mümkünsüzdür", - bəyanatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















