Icma.az
close
up
RU
Qalatasaray 4 cü yoxlama oyununda da qalib gəldi

Qalatasaray 4 cü yoxlama oyununda da qalib gəldi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

''Qalatasaray'' bu yayın 4-cü yoxlama matçını keçirib. İstanbul nəhəngi bu dəfə doğma ''Rams Park''da Liqa-1 təmsilçisi ''Strasbur'' ilə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, Okan Buruk meydana bu ''11-liy''i buraxıb: Günay Güvənç, Şallai, Əbdülkərim Bardakcı, Sançes, Ərən Elmalı, Yakobs, Torreyra, Lemina, Sara, Ahmed Kutucu, Barış Alpər Yılmaz.
Fasilədə və ikinci hissənin gedişində bu futbolçular meydana çıxıb: Kön, Kaan Ayhan, Arda Ünyay, Frankovski, Berkan Kutlu, Yelert, Metehan Baltacı, Yusuf Dəmir, Sane. 76-cı dəqiqədə Şallainin yerinə oyuna daxil olan yeni transfer Sane ilk dəfə ''sarı-qırmızılar''ın heyətində meydana çıxıb.
Fanatların böyük maraq göstərdiyi qarşılaşma gözlənildiyi kimi Türkiyə çempionunun üstünlüyü ilə keçdi. Artıq 5-ci dəqiqədə künc zərbəsi zamanı Şallai uzaq məsafədən baxımlı qolla hesabı açdı. Növbəti qol ikinci hissənin əvvəllərində yenə də künc zərbəsindən vuruldu. 50-ci dəqiqədə Barış Alpər Yılmaz önünə düşən topu başla tora göndərdi.
Barış 69-cu dəqiqədə daha bir dəfə səhnəyə çıxdı. Bu dəfə daha çətin vəziyyətdə olmasına baxmayaraq o, hava mübarizəsindən qalib ayrılaraq fərqi 3 topa yüksəltdi. Düzdü, ''Strasbur'' qollardan birinin əvəzini çıxa bildi və 81-ci dəqiqədə Lukoviç fərqləndi. Amma fransızların bundan artığına gücü çatmadı.
Beləliklə, ''Qalatasaray'' bu yay 4-cü yoxlama oyunundan da qələbə ilə ayrıldı. Komanda daha öncə ''Ümraniyəspor''u 5:2, ''Admira''nı 2:1 və ''Kalyari''ni 3:1 məğlub etmişdi.
''Cim-Bom'' avqustun 2-də daha bir dəfə fanatları önünə çıxacaq. Həmin gün ''Rams Park''a ''Latsio'' qonaq gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyul 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri