Icma.az
close
up
RU
Qalatasaray ilk hazırlıq oyununda böyük hesabla qalib gəldi

Qalatasaray ilk hazırlıq oyununda böyük hesabla qalib gəldi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

''Qalatasaray'' bu yayın ilk yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Türkiyə çempionu dünən 1-ci liqa təmsilçisi ''Ümraniyəspor'' ilə qarşılaşıb.
''Ümraniyə Şəhər Bələdiyyə Stadionu''nda keçirilən oyuna ''Qalatasaray'' bu heyətlə çıxıb: Cankat Yılmaz, Əli Turap Bülbül, Nelsson Kuesta, Kazımcan Karataş, Torreyra, Berkan Kutlu, Yusuf Dəmir, Zanyolo, Kön, Çağrı Balta. Fasilədə və ikinci hissənin gedişində bu oyunçular meydana daxil olub: Əbdülkərim Bardakcı, Ada Yüzgeç, Efe Akman, Arda Ünyay, Metehan Baltacı, Sara, Furkan Koç, Berat Luş, Gökdəniz Gürpüz, İsa Halidi, Barış Alpər Yılmaz.
''Qalatasaray''ın üstünlüyü ilə keçən oyunda kapitan sarğısı ilə meydana çıxan Berkan Kutlu 11-ci dəqiqədə hesabı açsa da, rəqib bu qola 16-cı dəqiqədə cavab verib. 33-cü dəqiqədə Zanyolonun, 59-cü dəqiqədə Könün qolları ilə ''sarı-qırmızılar'' 3:1-lik üstünlük yaxalayıblar. Meydan sahibləri 64-cü dəqiqədə Əbdülkərim Bardakcının səhvindən sonra fərqi minimuma endirsələr də, komandanın bundan artığına gücü çatmayıb. 69-cu dəqiqədə Metehan Baltacı ''Cim-Bom''un 4-cü qolunu vurubsa, 86-cı dəqiqədə 16 (!) yaşlı Ada Yüzgeç yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, ''Qalatasaray'' bu yayın ilk hazırlıq matçından 5:2 hesablı inamlı qələbə ilə ayrılıb. İcarədən dönən Zanyolo və Kön kimi futbolcuların istəkli oyunu diqqət çəkib. Maraqlıdı ki, bu oyunda ''Qalatasaray''ın 3 əfsanəsi - Hasan Şaş, Hakan Balta və Ayhan Akmanın övladları da iştirak etdi. Efe Akman ilə Çağrı Balta ''Qalatasaray''ın, Yusuf Dəniz Şaş isə ''Ümraniyəspor''un heyətində meydana çıxdı.
Oyunun gedişində fanatların Viktor Osimhenin lehinə dəfələrlə tezahüratlar səsləndirməsi diqqət çəkdi. Bundan başqa matçı izləyənlər arasında ''Qalatasaray'' prezidenti Dursun Özbəklə yanaşı Məsut Özil də var idi. Sabiq ünlü futbolçu Ümraniyədə futbol akademiyası açmağı planlaşdırır.
Okan Burukun qərarı ilə futbolçulara bu oyunun ardından iki günlük istirahət verilib.
Qeyd edək ki, ''Qalatasaray'' 19-23 iyul tarixində Avstriyada toplanış keçəcək. İstanbul nəhəngi burda iyulun 20-da ''Admira'', iyulun 23-də ''Kalyari'' ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 İyul 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri