Icma.az
close
up
RU
Qalatasaray Fənərbaxça ya yaxşılıq etdi fanatlar narazı qaldı

Qalatasaray Fənərbaxça ya yaxşılıq etdi fanatlar narazı qaldı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

''Benfika'' ilə ''Fənərbaxça'' arasında Kərəm Aktürkoğlunun transferi ilə bağlı anlaşma əldə olunsa da, bu başıbəlalı keçid üçün ''Qalatasaray''ın da razılığı olmalı idi. Çünki Kərəmin birinci transfer haqqına məhz ''Cim-Bom'' sahib idi.

''Benfika'' ''Fənər''in təklifi və şərtlər barədə ''sarı-qırmızılar''ı məlumatlandırmışdı. İstanbul nəhəngi 5 iş günü ərzində ''Benfika''ya cavab bildirməli idi.
Maraqlıdı ki, ''Qalatasaray''ın əlinə əzəli rəqibə tarixi bir pislik etmək üçün gözəl fürsət düşmüşdü. ''Sarı-qırmızılar'' 5 gün gözləyəcəkləri təqdirdə klubların avrokuboklar üçün göndərməli olduqları iştirak ərizələrinin vaxtı tamamlanacaqdı. Yəni ''Fənər'' Kərəmin adını avrokubokların iştirak ərizəsinə sala bilməyəcəkdi! Ancaq ''Qalatasaray'' bu fürsətdən yararlanmaq istəməyib. Bunu klubun rəsmisi Eray Yazqan açıqlayıb:

''Benfika'' bizdən Kərəm üçün olan haqqımızdan yararlanıb-yararlanmayacağımızı soruşdu. Onlara cavab bildirmək üçün 5 iş günü vaxtımız var idi. Bu müddət sentyabrın 5-də tamam olurdu. Yəni həmin vaxta qədər avrokuboklar üçün iştirak ərizəsi tamamlanır. ''Fənərbaxça''nın bundan bixəbər olması bizi çox təəccübləndirdi. Hansı kluba azarkeşlik etməyimizdən asılı olmayaraq hər birimiz türkük. ''Qalatasaray'' türk olmayan klubları yenmək hədəfi ilə yaradılmış bir klubdu. Rəqibimiz bizə inanılmaz böhtanlar atır. Amma biz yenə də onlara əxlaq dərsi veririk. Klubumuz onlara Kərəmi iştirak ərizəsinə salmağa mane olmayacaq. ''Qalatasaray'' Türkiyə futbolunun böyüyüdü. ''Fənərbaxça''dan bu məsələ ilə bağlı bizimlə heç kim əlaqə saxlamayıb. Danışıqlar yalnız bizimlə ''Benfika'' arasında davam edir. Yoluna Konfrans Liqasında davam edəcək digər klubumuz ''Samsunspor''a da uğurlar arzulayırıq''.

Maraqlıdı ki, rəhbərliyin bu yaxşılığı camiədə heç də hər kəsin ürəyincə olmayıb. Sosial şəbəkələrdə fanatların müəyyən hissəsi bu duruma etirazını bildirib. Hətta rəhbərliyi va başqan Dursun Özbəki istefaya səsləyənlər də az deyil.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri