Icma.az
close
up
RU
Qalatasaray İkardinin boşluğunu yerli hücumçu ilə doldurur!

Qalatasaray İkardinin boşluğunu yerli hücumçu ilə doldurur!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bu mövsüm debütant ''Eyüpspor''un heyətində sərgilədiyi oyunla İstanbul nəhənglərinin ciddi maraq dairəsinə düşən Ahmed Kutucunun yeni klubu bəlli olmaq üzrədi.
''Football-plus.az'' xəbər verir ki, qeyri-adi bir şey baş verməsə, 24 yaşlı forvard karyerasını ''Qalatasaray''da davam etdirəcək. ''Cim-Bom'' Mauro İkardinin zədələnməsindən sonra hücumda yaranan boşluğu məhz bu futbolçu ilə doldurmağa yaxındı. Tərəflər arasında artıq 6 milyon avroluq anlaşma əldə olunub. Amma bu məbləğin ödənilmə şərtində hələ ki, anlaşmaq mümkün olmayıb.
UEFA-ya göndərilən iştirak ərizəsində də dəyişiklik edilməsi və İkardinin yerinə ora Kutucunun adının salınması planlaşdırılır. ''Eyüpspor''un vitse-prezidenti Fatih Kulaksız ''A Spor'' kanalına açıqlamasında bunları deyib:

''Ahmed Kutucu üçün ''Qalatasaray''la 80 faiz anlaşdığımızı deyə bilərəm. Hələ ki, rəsmi imzalar atılmayıb. Amma qarşıdakı 24 saat ərzində bu transferin bitəcəyini güman edirəm. Futbolçu ilə ''Qalatasaray'' arasında həllini gözləyən xırda detallar var. Onları da yoluna qoyduqdan sonra rəsmi açıqlama ilə hər kəsi məlumatlandıracağıq''.


Qeyd edək ki, Kutucu eynilə hazırda ''Qalatasaray''da top qovan Kaan Ayhan kimi Almaniyanın Helzenkirhen şəhərində doğulub və ''Şalke-04''ün yetirməsidi. İlk peşəkar müqaviləsini də məhz bu klubla imzalayıb. O, 2020-də ''Şalke-04''dən ayrıldıqdan sonra 1 mövsüm ''Herakl'', yarım mövsüm ''İstanbul BŞ''də çıxış edib. Daha sonra ilyarım 2-ci bundesliqa təmsilçisi ''Sandhauzen''də forma geyən Kutucu 2023-ün yayında Türkiyəyə qayıdaraq ''Eyüpspor''la müqavilə imzaladı. Həmin vaxtdan etibarən Arda Turanın da baş məşqçi postuna gəlişi ilə Ahmed yeni səviyyəyə yüksəlməyə başladı.
Ötən mövsüm o, 1-ci liqada 14 qol, 4 məhsuldar ötürməlik performans ilə ''Eyüpspor''un tarixində ilk dəfə elitaya vəsiqə qazanmasında mühüm rol oynadı. Bu mövsüm isə superliqada keçirdiyi 18 oyunda onun aktivində 8 qol, 7 məhsuldar ötürmə var. Türkiyə yığmasına o indiyə qədər yalnız 2 oyun keçirərək qol hesabını aça bilməyib.
ƏLİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Yanvar 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri