Qalatasaray ın çempionluğu Trabzonspor a yarım milyon avro qazandırdı
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Trabzonspor'' qış transfer dönəmində ''Qalatasaray''a göndərdiyi Ərən Elmalı sayəsində pul qazanmaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisi fevralın 11-də 3,5 milyon avroya İstanbul nəhənginə transfer olunmuşdu. Həmin vaxt Trabzon təmsilçisi müqaviləyə çempionluqla bağlı xüsusi maddə saldırmışdı.
Belə ki, ''Cim-Bom'' çempion olacağı təqdirdə ''Trabzonspor''a əlavə olaraq 500 min avro (təxminən 22 milyon lirə) ödəmək öhdəliyini üzərinə götürmüşdü. ''Qalatasaray'' məlum olduğu kimi çempionluğu artıq rəsmiləşdirib.
Ona görə də ''sarı-qırmızılar'' qarşıdakı günlərdə ''Trabzonspor''un hesabına 500 min avro köçürməli olacaq. ''Bordo-mavililər''ə 2022-ci ildə ''Kasımpaşa''dan gələn və son dönəmlərdə Türkiyə yığmasına da sabit olaraq dəvət alan Ərən Elmalı ''Qalatasaray''da indiyə qədər 16 rəsmi oyunda forma geyərək aktivinə 1 məhsuldar ötürmə yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 30 May 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















