Icma.az
close
up
RU
Qalatasaray la Fənər arasındakı məhkəmənin növbəti iclasında nələr yaşandı?

Qalatasaray la Fənər arasındakı məhkəmənin növbəti iclasında nələr yaşandı?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən ilin mayında ''Qalatasaray'' ilə ''Fənərbaxça'' arasında baş tutan derbinin ardından yaşanan qalmaqala dair məhkəmənin növbəti iclası keçirilib.

Xatırlayırsızsa, 2023/24 mövsümünü sondan əvvəlki turunda ''Qalatasaray'' ''Fənərbaxça'' ilə ev oyununda çempionluğu rəsmiləşdirməyə hazırlaşırdı. Amma ''sarı-lacivərdlilər'' Çağlar Söyüncünün qolu ilə minimal hesabla qalib gəlmiş, ''Cim-Bom'' çempionluğunu yalnız son turda Konyada rəsmiləşdirməli olmuşdu. 2024-cü ilin mayın 19-da ''Rams Park''da baş tutan həmin derbinin ardından Əli Koç və ''Fənər''in bəzi üzvləri meydanın mərkəzində əllərində klubun bayrağı ilə xatirə şəkili çəkdirmişdilər. Məhz həmin vaxt ciddi qalmaqal yaşanmışdı. Çünki stadionun müdürü Əli Çelikkıran bayrağı onların əlindən almaq və şəkil çəkmələrinə mane olmaq istəmişdi. Həmin an ''Fənər''in bəzi üzvləri Çelikkırana qarşı fiziki güc tətbiq etmiş, ''Qalatasaray'' da bu işi məhkəməyə daşımaq qərarına gəlmişdi.
Bu prosesin növbəti iclası İstanbul Ədalət Sarayı 3-cü Əsliyə Cəza Məhkəməsində baş tutub. Bu dəfə prosesdə ''Fənər''in 3 futbolçusu - Ceyden Oostervolde, Mərt Hakan Yandaş, Mərt Müldür, eləcə də stadionun müdürü Əli Çelikkıran ilə vəkili iştirak edib. Zədə üzündən faktiki olaraq son mövsümü boşa verən niderlandlı Oostervolde məhkəmə önündə əvvəlcə aylıq gəlirinin 100 min avro olduğunu bildirərək bunları deyib:

''Həmin gün meydana qələbəni qeyd etmək üçün çıxdım. Meydanın mərkəzində şəkil çəkdirdiyimiz sırada bir nəfərin bayrağı əlimizdən almaq istədiyini fərq etdim. Sonra aləm bir-birinə dəydi. Nə olduğunu dəqiq xatırlamıram, amma mən heç kimə toxunmadım. Heç kimi vurmadım və təpik atmadım. Düzünü desəm, ümumiyyətlə nə üçün bura gəldiyimi bilmirəm. Həmin an meydanda çox insan var idi və kimin kimi vurduğunu xatırlamıram''.

Məhkəməyə zorla gətirilən isimlərdən olan ''Fənər''in digər müdafiəçisi Mərt Müldür isə şahid qismində ifadə verərək bunları deyib:

''Biz ora yalnız şəkil çəkdirmək üçün çıxmışdıq. Qarşı tərəfdən bir nəfər gəlib aqressiv şəkildə bayrağımızı endirməyə çalışdı. Həmin andan etibarən ortalıq qarışdı. Kimin kimə vurduğunu görmədim. Əli Çelikkırana da kimin vurduğunu görmədim. Şəkildə zatən 4-5 nəfər olduğumuz görünür. Olay yerində Əli Çelikkıranın olduğunu gördüm. Amma sonrasını xatırlamıram. Belə başa düşdüm ki, bayrağı məhz o, endirməyə çalışmışdı. Şəkil çəkdirənlər arasında mənimlə yanaşı Oostervolde, İrfan Can Eğribayat və o dönəmdəki baş həkimimiz Ərtuğrul da var idi''.

Prosesdə şikayətçi tərəf kimi çıxış edən Əli Çelikkıranın sözləri isə belə olub:

''Hazırda qarşı tərəfdə oturan Oostervolde həmin gün mənə zərbə endirdi və təpik atdı. Elə digərləri də mənə bir neçə zərbə endirdilər. Zatən əvvəlki ifadələrimdə də onlardan hansının mənə zərbə vurduğundan əmin olduğumu, hansından isə əmin olmadığımı demişdim''.

Məhkəmənin növbəti iclası sentyabrın 18-də keçiriləcək.
Qeyd edək ki, ''Qalatasaray'' Oostervolde, Mərt Hakan Yandaş, Ərtuğrul Karanlık, Hulusi Belgü və Əmrə Kartalı qəsdən yaralama, İdman meydanında qeyri-etik davranışlar sərgiləmək, eləcə də idman bazasına zərər vurmaqda günahlandıraraq onların 2 il 3 aydan 6 il 9 aya qədər həbs cəzası almasını istəyir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 May 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri