Icma.az
close
up
RU
Qalatasaray TFF ilə derbinin hakimini müzakirə etmək istəmədi

Qalatasaray TFF ilə derbinin hakimini müzakirə etmək istəmədi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Zaman daralır və Türkiyə çempionatının 25-ci turu yaxınlaşır. Avrokubok matçlarının ardından həftəsonu superliqada növbəti tur keçiriləcək.

Məhz həmin turda çempionluğa əsas namizədlər - ''Qalatasaray''la ''Fənərbaxça''nın dueli baş tutacaq. Derbi bazar ertəsi keçiriləcək.
Maraqlıdı ki, oyuna 6 gündən də az vaxt qalmasına baxmayaraq Türkiyə Futbol Federasiyası hələ də derbiyə yerli, yoxsa əcnəbi hakimin təyin olunması ilə bağlı qərarını verməyib. Düzdü, bir müddət öncə federasiyanın idarə heyətinin üzvü Ural Aküzüm derbi də daxil olmaqla mövsümün qalan hissəsində bütün oyunlara yerli hakimlərin təyinat alacağını demişdi. Amma hadisələrin sonrakı axarı göstərdi ki, bu, bir qədər tələsik açıqlamadı.
Bazar ertəsi federasiya bununla bağlı rəsmi bəyanat yayaraq hər iki klubun rəhbərliyini görüşə dəvət etdi. Görüş çərşənbə axşamı ''Fənər''in prezidenti Əli Koç, ''Qalatasaray'' prezidenti Dursun Özbək və federasiya prezidenti İbrahim Hacıosmanoğlunun iştirakı ilə baş tutmalı idi.
Təbii ki, əsas gündəm mövzusu hakim məsələsi olacaqdı. Amma Özbək federasiyanın dəvətini ''gözdən pərdə asmaq üçün atılmış addım'' adlandıraraq toplantıya qatılmaqdan imtina etdi! Belə güman olunurdu ki, hər iki tərəfdən rəsmi tələb gələcəyi təqdirdə federasiya əcnəbi hakim məsələsini gündəminə alacaqdı. Amma bu tələb yalnız ''Fənərbaxça'' tərəfindən gəlib.
''Qalatasaray'' əcnəbi hakim ideyasını dəstəkləmir. Dursun Özbəkin federasiyanın görüş dəvətini geri çevirməsi də bunu bir daha sübut etdi. Bununla belə hələ də məsələ açıq qalır və bəzi mənbələr, şərhçilər federasiyanın əcnəbi hakimin dəvət olunması mövzusu üzərində baş sındırdığını iddia edirlər.
Qeyd edək ki, derbinin hakimi cümə axşamı açıqlanacaq.
ƏLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri