“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 23 may, AZƏRTAC
Türkiyənin “Qalatasaray” komandası futbolçusu Yunus Akgünlə müqavilə müddətini uzadacaq.
AZƏRTAC xəbər verir ki, tərəflər bununla bağlı razılığa gəliblər. Oyunçu ilə yaxın günlərdə 4 illik yeni müqavilə imzalanacaq. 24 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm “cim-bom”un heyətində 44 oyunda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

