Qalatasaraydan tarixi transfer əməliyyatı FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yay transfer pəncərəsi üçün hazırlıqlara start verən Super Liqa nəhəngi "Qalatasaray" orta xətti gücləndirmək məqsədilə gözünü İngiltərəyə dikib. Sarı-qırmızılılar mövsümün əvvəlində də gündəmdə olan uruqvaylı ulduz Manuel Uqarte üçün yenidən hərəkətə keçiblər.
Milli.Az xəbər verir ki, "Mançester Yunayted" 24 yaşlı futbolçu üçün 40 milyon avro transfer haqqı tələb edir. "Qalatasaray" rəhbərliyinin bu transferi reallaşdırmaq üçün bütün maliyyə imkanlarını və şərtlərini istifadə edəcəyi bildirilir.
Uqarte təkcə Türkiyə klubunun deyil, bir çox Avropa nəhənginin də diqqət mərkəzindədir. Xəbərdə qeyd olunur ki, ulduz futbolçu ilə "Qalatasaray"dan başqa aşağıdakı klublar da yaxından maraqlanır:
Aston Villa
Nyukasl Yunayted
Yuventus
Lion
Bu mövsüm "Mançester Yunayted" forması ilə 23 matçda meydana çıxan Manuel Uqarte ümumilikdə 915 dəqiqə sahədə qalıb. Uruqvaylı futbolçu bu oyunlarda hələlik qol və ya assistlə yadda qalmayıb.
"Qalatasaray"ın bu transfer əməliyyatı reallaşarsa, bu, klub tarixinin və Türkiyə futbolunun ən bahalı və səs-küylü transferlərindən biri kimi tarixə düşəcək.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Aprel 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















