Icma.az
close
up
RU
“Qalib gələ bilmirsənsə, bəzən artıq uduzmamağın qayğısına qalmalısan”

“Qalib gələ bilmirsənsə, bəzən artıq uduzmamağın qayğısına qalmalısan”

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Mövsümə parlaq nəticələrlə başlayan “Barselona” qış fasiləsi ərəfəsində ciddi böhranla üzləşdi.

Bütün turnirlər çərçivəsində keçirdiyi son 10 oyunun yalnız 4-də qalib gələn, bir o qədərində uduzan, 2 dəfə heç-heçə edən komandanın nəticələrinə böhrandan başqa ad qoymaq olmaz.
Futbolçular nə düşünür?
“Atletiko” ilə oyunda həm qol imkanlarını qaçıran, həm də rəqibin 2-ci qolunda hücumun qarşısını ala bilməyən Rafinya məsuliyyəti öz boynuna götürüb. Braziliyalı vinger başqa maraqlı fikirlər də söyləyib:

“Barselona”da oynayırsansa, hər şeyi qazanmağı düşünməlisən. Belə düşünmürsənsə, deməli, öz komandanı tapmamısan. Belə nəticələrin günahkarı özümüzük. Pis oynayırıq. Səviyyəmiz aşağı düşüb. Yəqin müəyyən məqamlarda konsentrasiyamız çatmır və bu bizə baha başa gəlir. Yorğunluq da özünü göstərir. Bəzi matçlarda yorğun olmadığımızı desəm, yalan danışaram. Bu əsas amildi, ancaq səviyyəmiz də aşağı düşüb”.


Ter Ştegen zədələnəndən sonra tələm-tələsik transfer olunan polşalı qapıçı Voytsex Şensnı hələ də meydana çıxa bilməməsinə görə narahat deyil:

“Lap əvvəldən demişəm ki, mənə forma yığmaq lazımdı. Hazırda özümü həm fiziki, həm də mental baxımdan meydana çıxmağa tam hazır sayıram. Onu da gizlətmirəm ki, “Barsa”nın məşqçisinin yerində olsaydım, özümə oyun vaxtı verməzdim. Tam anladığım vəziyyətə görə məyus deyiləm. Penya məşqçinin etimadını tam doğruldur və yüksək səviyyədə oynayır. Artıq təqaüdə çıxan futbolçu kimi belə vəziyyətə bir qədər fərqli yanaşıram. Mənə elə gəlir ki, olaylara daha obyektiv qiymətləndirə və eqoizmdən uzaq ola bilərəm. Qətiyyən məyus deyiləm”.


Təbii ki, Şensnı son vaxtlardakı qeyri-sabit oyuna da toxunub:

“Təcrübəsizliyin və gəncliyin təbii nəticəsidi. Vaxtilə özüm də belə olmuşam. Çempionlar Liqasında böyük stadionlarda keçirilən oyunlardan çempionatdakı kiçik komandalarla oyunlara keçmək çox çətindi. Hər gənc futbolçunun keçməli olduğu yoldu. Hər oyuna eyni şəkildə yanaşmaq lazımdı, ancaq bu elə də asan deyil”.


“Barsa”nın qeyri-sabit nəticələrindən söz düşəndə ağla gələn şəxslərdən biri də Robert Levandovskidi. Axı komandanın oyunu xeyli dərəcədə ondan asılıdı. Düzdü, klub rəhbərliyi və baş məşqçi hələ də 36 yaşlı hücumçuya inamını itirməyib, hətta onunla müqailənin müddətinin daha birilliyə uzadılması variantı var. Bununla belə, Levanın oyununda effekt azalıb. Yaxın vaxtlarda bu yöndə dəyişiklik olmasa, futbolçunun gələcəyi ilə bağlı fikir ayrılığı yarana bilər.
Yeri gəlmişkən, polşalı “Atletiko”ya məğlubiyyətdən sonra maraqlı açıqlama verib:

“Atletiko” ilə oyunun sonunda elə oynayırdıq ki, sanki bu finaldı, uduzuruq və necə olur-olsun, hesabı bərabərləşdirməliyik. Qalib gələ bilmirsənsə, bəzən artıq uduzmamağın qayğısına qalmalısan. Cari mövsümdə bir neçə dəfə belə halla üzləşmişik”.


“Barsa”nın sabiq müdafiəçisi, 616 oyun keçirmiş Jerar Pike isə indiki böhranı birmənalı şəkildə maliyyə problemi ilə bağlayır:

“Barsa”nın maliyyə problemi var, bu üzdən gəncləri erkən mübarizəyə qoşurlar. Artıq neçə ildi zibildəyik, ancaq bu vəziyyətdən çıxacağıq”.


Rəhbərlik Flikə güvənir
Komandanın son oyunlarda uğursuzluqla üzləşməsinə baxmayaraq, hələ də rəhbərliyin baş məşqçi Hans-Diter Flik etimadı tamdı. Bunu iddia edən “sport.es” saytı yazır ki, rəhbərik yanvarda vəziyyətin düzələcəyinə inanır, ona görə ki, Flikin yetirmələri yetərincə yüksək səviyyəli oyun göstərir. Rəhbərlik hesab edir ki, alman mütəxəssis komanda oyununu yaxşılaşırıb, həmçinin bəzu futbolçuların fərdi tərəqqisinə təsir göstərib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri