Qalibaf: İran, ABŞ və Livan atəşkəsə nəzarət üçün birgə komitə yaradacaq
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İran, ABŞ və Livan Livan ərazisində atəşkəs rejiminə nəzarət məqsədilə üçtərəfli işçi komitə yaratmaq niyyətindədir.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf ölkəsinin dövlət televiziyasına müsahibəsində bildirib.
"İran, ABŞ və Livanın iştirakı ilə Livanın dövlət suverenliyinin təmin edilməsi üçün birgə komitə yaradılacaq. Ölkəmizin Livandakı səfiri də bu komitədə nümayəndəmiz olacaq", – deyə Qalibaf qeyd edib.
Xatırladaq ki, ABŞ və İran bu ay bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Bu mövzuda digər xəbərlər:Qalibaf: ABŞ İranla atəşkəsə əməl etmir
07 İyun 2026 20:44
Qalibaf: ABŞ və İsrailin bazaları İran üçün qanuni hədəfə çevrilir
07 İyun 2026 21:01
ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik Qalibaf
29 Mart 2026 15:13
Qalibaf: İran bölgə üçün hərtərəfli sülh axtarışındadır
16 Aprel 2026 23:52
ABŞ İran sazişini Vens və Qalibaf imzalayacaq
16 İyun 2026 12:57
Baxış sayı:137
Bu xəbər 30 İyun 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















