Qalibaf: İran genişmiqyaslı müdafiəyə hazırdır
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran öz ərazisini müdafiə etməyə hazırdır. ABŞ əldə edilən razılaşmaları pozarsa, genişmiqyaslı müdafiəyə başlayacağıq.
Bunu İran Parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.
Qalibaf qeyd edib ki, danışıqlar zamanı ABŞ vitse-prezidentinə "biz amerikalılara qətiyyən etibar etmirik" sözünü açıq şəkildə deyib: "Məncə, yalnız müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər. Buna görə də biz ölkəmizin müdafiəsinə hazırlığı heç vaxt dayandırmamışıq".
İran parlamentinin spikeri vurğulayıb ki, Vaşinqtonun razılaşmaları pozması halında, Tehran ABŞ-yə qarşı qətiyyətli cavab verəcək.
Qalibaf həmçinin əlavə edib ki, müharibəyə son qoymaq bütün ölkələrin prioritetidir: "Münaqişə heç zaman İranın təslim olması ilə bitməyəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 10 İyul 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















