Icma.az
close
up
RU
Qalibafı buna görə uzaqlaşdırdı SEPAH ın tələbi...

Qalibafı buna görə uzaqlaşdırdı SEPAH ın tələbi...

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın ABŞ-a Pakistan vasitəsilə təkliflər təqdim etdiyi haqda “Axios”un yaydığı məlumat rəsmi şəkildə təsdiq olunmasa da, reallığa yaxındır. Abbas Arakçının İslamabada səfəri buna hesablanmışdı, Tramp da iki gün öncə “yeni təkliflər” aldıqlarını bildirmişdi.

Danışıqların qeyri-müəyyənliyi fonunda davam edən dəniz blokadası İran üçün perspektivləri çətinləşdirir. Mövcud vəziyyətdən çıxış yolu tapmaq və mümkün hərbi ssenarilərdən yayınmaq danışıqlarla bağlı müəyyənlik əldə etməkdən keçir.

Təklif üç konkret bənddən ibarətdir:

- ABŞ dəniz blokadasını aradan qaldırır;

- İran Hörmüz boğazını açır (söhbət keçidə problemlər yaratmaq taktikasından imtina etməkdən gedir);

- Yalnız bundan sonra İranın nüvə proqramı ilə bağlı müəyyən güzəştlərin müzakirəsi başlayır.

Danışıqların, elə müharibənin də əsas nüvəsini təşkil edən nüvə proqramı ilə bağlı bənd İran üçün iki taktiki gedişə hesablanıb:

1. ABŞ-ın mövqeyində loyallığa nail olmaq və danışıqlarda müəyyən inkişaf xətti yaratmaq;

2. Hörmüz boğazı ilə bağlı istəklərinin müəyyən hissəsini qəbul etdirmək.

Lakin buna qədər qət edilməli məsafə var: blokada və Hörmüz üzərində qarşılıqlı razılaşma əldə edilməlidir. Ki, bu, mümkün olacaqmı?

Dəniz blokadası ABŞ, Hörmüz kartı İran üçün əsas rıçaq olaraq qalır. Tərəflər çətin seçim qarşısındadırlar: ya qarşılıqlı güzəştə gedilməli, ya da “hansı tərəf sona qədər dözəcək” prinsipi ilə psixoloji və iqtisadi sınaqdan keçməlidir.

İkinci seçim hər iki tərəf üçün məqbul deyil, lakin birinci seçim – qarşılıqlı güzəştin mümkünlüyü sual altındadır. Çünki Hörmüzün açılması məqsədilə dəniz blokadasına başlayan ABŞ boğazın müharibədən öncəki rejimdə işləməsini istəyir. İran isə müharibəni Hörmüz üzərində nəzarət üçün fürsət olaraq gördü və müəyyən suverenlik hüququnun tanınmasına çalışır. Bu yanaşma İran elitasının diplomatik qanadı tərəfindən təhlükə kimi qəbul edilsə də, hazırda qərarları SEPAH verir. İki həftəlik atəşkəsin bitməsinə üç gün qalmış baş verənlər – Arakçının “Hörmüz açıldı” açıqlaması, Trampın təşəkkürü və “minaları birlikdə təmizləyəcəyik” mesajı, ardınca SEPAH-a yaxın medianın danışıqlar heyətinə hücum etməsi, Qalibaf və digərlərinin oyundan kənarlaşdırılması və s. bunu təsdiq edir.

SEPAH Hörmüz üzərində suverenlik tələbində israrlıdır və əsas “srateji çəkindirmə” kimi gördükləri bu kartı itirmək istəmirlər. Boğazı əvvəlki rejimə qaytarmadan dəniz blokadasından imtina etmək isə ABŞ üçün “geriçəkilmə” deməkdir.

İran “nüvə güzəşti”ni məhz bu kontekstdə istifadə etmək niyyətindədir.

Vəziyyətin mürəkkəbliyi İranın təklifləri ilə başlana biləcək növbəti danışıqlarda “çıxış yolu”nun tapılması perspektivini qeyri-müəyyən edir, lakin masanın yenidən qurulacağı və tərəflərin ən azı “atəşkəsin və müzakirələrin davam etməsi” üzərində razılaşacağı ehtimalı böyükdür. Çünki heç bir tərəf yenidən “tətiyə basmaq” istəmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Aprel 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri